“Belarus xüsusi əməliyyatda iştirak edir, bunu gizlətmirik” – Lukaşenko

04.10.2022 - 16:11

Belarus Rusiyanın Ukraynada başladığı xüsusi əməliyyatda iştirak edir, lakin ora öz ordusunu göndərmir.

Cumhuriyyet.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Belarus dövlətinin başçısı Müdafiə Nazirliyində hərbi təhlükəsizliklə bağlı müşavirə keçirib.

“Ukraynada xüsusi hərbi əməliyyatda iştirakımıza gəlincə, biz orada iştirak edirik. Bunu gizlətmirik. Amma heç kimi öldürmürük. Hərbçilərimizi heç yerə göndərmirik. Biz öhdəliklərimizi pozmuruq”, -deyə Lukaşenko vurğulayıb.

Onun sözlərinə görə, hər gün Belarusa bir neçə yüz adam gəlir.

“Bəli, müalicə edirik. Lazım olan insanları müalicə etdik. Bəli, biz insanları yedizdiririk. Həm də təkcə rusları yox. Biz gündə Ukraynadan gələn 400-500 nəfər qaçqını, dilənçiləri, yoxsulları yedizdiririk. Axı onlara necə yemək verməmək, müalicə etməmək olar?! Bax bu, bizim bu hərbi əməliyyatda iştirakımızdır. Başqa cür iştirakımız yoxdur və olmayacaq”, – Lukaşenko bildirib.

Rusiya fevralın 24-dən Ukraynada müharibəyə başlayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=183228

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031