Türkiyə-Rusiya qaz danışıqlarının təfərrüatı açıqlanıb

04.10.2022 - 17:07

“Türkiyə Rusiya qazı üçün ödənişlərin təxirə salınmasını istəməyib. Ankara və Moskva aktiv şəkildə yanacağın qiymətini müzakirə edirlər”.

Bu barədə Türkiyənin neft-qaz şirkəti “Botaş”ın Rusiyadan qaz ödənişlərinin bir hissəsini 2024-cü ilə qədər təxirə salmağı xahiş etdiyi barədə xəbərə (“Bloomberg”) münasibət bildirən mənbə deyib.

Bildirilir ki, danışıqlar zamanı söhbət gecikmədən yox, qiymətdən gedib, çünki bütün bunlardan əvvəlki müqavilələrdə Avropa birjalarının kotirovkaları nəzərə alınırdı və qiymətlər yüksək idi.

Bundan başqa, ölkələr qazın qismən rublla ödənilməsi barədə razılığa gəliblər.

Eyni zamanda, Rusiya qazı ilə bağlı danışıqlarda heç bir problemin olmadığı, hər şeyin iki liderin etimadı və münasibətinə əsaslandığı vurğulanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=183241

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031