Binəli Yıldırım koronavirusa yoluxdu
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım koronavirusa yoluxub.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə, o özünün “Twitter” hesabında məlumat yayıb.
Binəli Yıldırım qeyd edib ki, bu gün verdiyi COVID-19 testi müsbət çıxıb.
“Vəziyyətim yaxşıdır, şükür. İnşallah, həkimlərimizin məsləhəti ilə evdə müalicəmi davam etdirərək bu prosesi keçəcəyəm”, – deyə o yazıb.
Short URL: https://www.cumhuriyyet.net/?p=183290