Aİ yaxın günlərdə Ukraynaya 2 milyard avro yardım ayıracaq

07.10.2022 - 23:31

“Avropa İttifaqı Ukraynaya yaxın gələcəkdə 2 milyard avro məbləğində makromaliyyə yardımı göstərmək niyyətindədir”.

Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Praqada Aİ-nin qeyri-rəsmi sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

“Yaxın günlərdə Ukraynaya makromaliyyə yardımı kimi daha 2 milyard avro ayrılacaq”, – deyə o qeyd edib.

Avropa Komissiyasının rəhbəri həmçinin vurğulayıb ki, Aİ ölkələri Kiyevə hərbi və maliyyə yardımını davam etdirəcək.

Həmçinin Fransa Prezidenti Emmanuel Makron Ukraynaya yeni yardım barədə danışıb.

Makronun verdiyi açıqlamaya görə, Ukraynaya avropalı istehsalçılardan birbaşa silah almağa imkan verəcək 100 milyon avroluq fond yaradılacaq.

“Biz qərara gəldik ki, xüsusi fond yaradaq. Bu fond ehtiyac olduğu təqdirdə Ukraynaya hərbi əməliyyatlar aparmaq üçün lazım olan avadanlıqları bizim sənayemizdən almağa imkan verəcək”, – deyə Fransa Prezidenti qeyd edib.

Həmçinin, onun sözlərinə görə, Fransa Ukraynaya müdafiə silahlarının tədarükünü davam etdirməyə hazırdır. Eyni zamanda Danimarka ilə Ukraynaya yeni CAESAR özüyeriyən artilleriya cihazlarının verilməsini müzakirə edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=183454

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930