Estoniya Parlamenti Rusiyanı terrorçu rejim elan etdi: “Putin rejimi sülh üçün ən böyük təhlükəyə çevrilib”

18.10.2022 - 23:06

Estoniya parlamenti Rusiyanı terrorçu rejim elan edib.

Bu barədə ölkə parlamentinin saytında dərc olunmuş bəyanatda bildirilib.

Qeyd olunub ki, bu gün Riyqikoqu – Estoniya Parlamenti lehinə 88 səs olmaqla Ukrayna ərazisinin ilhaqını pisləyən və Rusiya rejimini terrorçu elan edən bəyanat qəbul edib.

Ölkə parlamenti əmin edib ki, Estoniya təcavüz və saxta referendumların keçirilməsi nəticəsində Ukraynanın ərazi bütövlüyünün pozulmasını heç vaxt tanımayacaq.

“Qanunları pozmaqla heç vaxt həqiqətə çatmaq olmaz. Nüvə silahı ilə hədələyən Putin rejimi Rusiyanı həm Avropada, həm də bütün dünyada sülh üçün ən böyük təhlükəyə çevirib”, – deyə deputatların bəyanatında qeyd edilib.

Bildirilib ki, Riyqikoqu Ukrayna ərazisində törədilmiş cinayət hallarının aydınlaşdırılması üçün Beynəlxalq Ədalət Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəməsinin başlatdığı istintaqı dəstəkləyir. Həmçinin vurğulanıb ki, cinayətdə təqsirli olan şəxslərə qarşı xüsusi beynəlxalq tribunal çərçivəsində məhkəmə prosesinin keçirilməsini zəruri hesab edir.

“Ukrayna parlamentinin dövlətlərə və beynəlxalq təşkilatlara müraciətini dəstəkləyərək, Riyqikoqu Rusiya rejimini terrorçu, Rusiya Federasiyasını isə terrorizmin himayədarı olan dövlət elan edir. Rusiyanın hərəkətlərinə birgə qarşılıq verilməlidir. Riyqikoqu beynəlxalq ictimaiyyəti oxşar bəyannamələr qəbul etməyə çağırır”, – deyə bəyanatda qeyd edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=183899

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930