Danimarkanın Baş naziri istefa verib

02.11.2022 - 16:45

Danimarkanın Baş naziri və Sosial Demokratlar Partiyasının lideri Mette Frederiksen noyabrın 1-də keçirilən seçkilərin nəticələri barədə Danimarka kraliçası II Marqreteyə məlumat verib, həmçinin istefa verdiyini açıqlayıb.

Cumhuriyyet.az TASS-a istinadən xəbər verir ki, bunu siyasətçi partiya liderlərinin debatında deyib.

İndi parlamentdəki partiyaların nümayəndələri arasında danışıqlar raundu keçirməlidirlər. “Yeni kabinetin formalaşdırılması ilə bağlı qərar məhz həmin danışıqlar əsasında qəbul ediləcək”, – M.Frederiksen əlavə edib.

Seçkinin nəticəsinə əsasən, Sosial Demokratlar Partiyası parlamentdə çoxluq əldə edib. Frederiksen həm də mandatların əksəriyyətini qazanan sol-mərkəzçi bloka rəhbərlik edir, ona görə də, çox güman ki, kabinetin yaradılması məhz ona həvalə olunacaq. Həm seçkilərdən əvvəl, həm də dərhal sonra Baş nazir geniş koalisiya hökuməti qurmağa çalışacağını bəyan edib.(report)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=184338

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930