Pelosi Demokratlar fraksiyasının lideri vəzifəsindən istefa verib

17.11.2022 - 22:57


Nensi Pelosi ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Demokratlar Partiyası fraksiyasının lideri vəzifəsini tərk edir. O, bu barədə cümə axşamı qanunverici orqanın aşağı palatasının iclasındakı çıxışında bildirib.

“Yanvarda isə başlayacaq yeni Konqresdə Demokratlar Partiyasının lideri kimi yenidən seçilmək istəməyəcəyəm. Fraksiyamıza böyük inamla yanaşıram. Demokratik qrupa yeni nəslin rəhbərlik etməsinin vaxtı çatıb. Mən minnətdaram ki, çoxları bu böyük məsuliyyəti öz üzərinə götürməyə hazırdır”, – deyə Pelosi bəyan edib.

Qeyd edək ki, siyasətçi təqaüdə çıxmayacaq və Konqresin aşağı palatasında işləməyə davam edəcək.

Xatırladaq ki, hazırkı Konqresdə Pelosi Nümayəndələr Palatasının spikeri vəzifəsini tutur. Bununla belə, noyabrın 8-də keçirilən aralıq seçkilərdən sonra Demokratlar Nümayəndələr Palatasında çoxluğu itirərək, ona nəzarəti Respublikaçılar Partiyasına ötürüblər. Bu baxımdan Konqresin aşağı palatasının növbəti spikeri respublikaçı olacaq. Gözlənildiyi kimi, bu vəzifəni Nümayəndələr Palatasının respublikaçı fraksiyasının lideri olan Kevin Makkarti tutacaq.

Short URL: https://www.cumhuriyyet.net/?p=185145

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930