Çavuşoğlu: “Rusiya-Ukrayna müharibəsi onilliklərlə davam edə bilər”

23.11.2022 - 23:47

 

Rusiya-Ukrayna müharibəsinin onilliklərlə davam etməsi riski var.

Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaradakı Bilkent Universitetində “Təşəbbüskar və humanist Türkiyə xarici siyasəti” mövzusunda keçirilən konfransda çıxışı zamanı bəyan edib.

Konfransın açılış nitqi ilə çıxış edən Çavuşoğlu Türkiyə xarici siyasətini “Yurdda sülh, cahanda sülh” prinsipini ilə izah edib.

“Siyasətimizin əsasında humanitar diplomatiya dayanır. Çətin bir coğrafiyada yaşayırıq. Bizi böhranlar əhatə edir. Dünyadakı münaqişələrin 60 faizi bizim regiondadır”, – deyə o bildirib.

Dünyadakı çətinliklər və onların gətirdiyi imkanlar qarşısında problemlərin böyümədən həll edilməsinin seçim deyil, zərurət olduğunu bildirən Çavuşoğlu, qlobal bir aktor olaraq ölkəsinin dünyanın problemlərinə həllər tapmaq istiqamətində bir xarici siyasət izlədiklərini vurğulayıb.

Nazir Rusiya-Ukrayna müharibəsi və Türkiyənin münaqişənin tənzimləməsindəki roluna da toxunub.

“Rusiya-Ukrayna müharibəsindəki səylərimizi bütün dünya görür. İstanbul Taxıl Müqaviləsi qlobal ərzaq böhranının qarşısını aldı. Biz dünən Mərakeşdə Sivilizasiya İttifaqları Toplantısında idik. Hamı irqçilik, dözümsüzlük və ksenofobiyanın artmasından danışarkən, taxıl böhranının da bu mənada həllini vurğuladı. Çünki böhranlar bir-birini qidalandırır. Bu və ya digər şəkildə bu müharibə masada bitəcək. Savaşın yerdəki hərbi qələbələrlə bitəcəyini düşünmürük. Bununla belə, onilliklərlə davam edə biləcək müharibə riski var. Tərəfləri əvvəlcə Antalyada, sonra İstanbulda bir araya gətirdik. Biz İstanbulda bir araya gələndə tərəflər atəşkəsə çox yaxın idilər. Sonra sehrli əllər bu prosesə toxundu və tərəflərin masadan uzaqlaşdığını gördük”, – deyə o bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=185590

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031