Lavrov bu dəfə İrəvanda fotoqrafla DALAŞDI – FOTOLAR

24.11.2022 - 12:52

Russian Foreign Minister Sergei Lavrov attends a joint news conference with Armenian Foreign Minister Ararat Mirzoyan in Moscow, Russia April 8, 2022. Alexander Zemlianichenko/Pool via REUTERS

Xəbər verdiyimiz kimi, Rusiyanın XİN rəhbəri Sergey Lavrov noyabrın 23-ü İrəvanda KTMT-nin sammitində iştirak edib.

Cumhuriyyet.az-ın “Qazeta.ru”ya istinadən məlumatına görə, sammit çərçivəsində KTMT ölkələrinin nümayəndələri birgə foto çəkdirərkən Lavrov tədbiri lentə alan fotoqrafa irad bildirib. Onun bu addımı erməni mediasında müzakirələrə səbəb olub.

Məlumata görə, fotoqraf hər kəsin kadra düşə bilməsi üçün Ermənistanın müdafiə naziri Suren Papikyandan bir qədər sağa çəkilməsini xahiş edib. Bəzi məlumatlara görə isə, fotoqraf bu xahişini məhz Lavrova ünvanlayıb.

Rusiya XİN rəhbəri isə fotoqrafın bu xahişinə cavabında ondan öz öhdəliklərini yerinə yetirməsini tələb edib: “Başqa nə istəyirsiniz? Sizin işiniz foto çəkməkdir, göstəriş vermək yox!”

Bildirilir ki, Lavrov daha sonra ikinci sırada dayanan Rusiya müdafiə naziri Sergey Şoyqunun da kadra düşməsi üçün bir qədər aşağı əyilib.

Xatırladaq ki, Sergey Lavrov müxtəlif tədbirlər zamanı jurnalistlərə sərt cavab verməsi ilə tez-tez gündəmə gəlir.

Lavrov bu dəfə İrəvanda fotoqrafı danladı. (qafqazinfo)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=185605

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031