Baydenin sözçüsü brifinq zamanı özündən çıxdı – VİDEO

24.11.2022 - 17:13

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinq zamanı jurnalistlərlə mübahisə edib.

Məlumata görə, Jan-Pyerin qıcıqlanmasına səbəb jurnalistin brifinqdə iştirak edən ABŞ-nin baş infeksionisti Entoni Fauçiyə sualı olub. Belə ki, “Daily Caller” qəzetinin jurnalisti həkimdən koronavirus infeksiyasının mənşəyini araşdırmaq üçün gördüyü işləri soruşub.

Baydenin mətbuat katibi üzünü qıza tutaraq onu tamaşaçılara qarşı hörmətsiz münasibətdə ittiham edib.

“Qışqırsanız, sizə söz verilməyəcək, üstəlik, vaxt da alırsınız, çünki doktor Fauçi bir neçə dəqiqəyə getməlidir”, – deyən Ağ Ev sözçüsü yerini amerikalı infeksionistə verib.

Lakin xanım jurnalisti Saymon adlı həmkarı dəstəkləyib və o, administrasiya nümayəndəsinin diqqətini verilən sualın əsaslılığına cəlb edib.

Jan-Pyer isə ona “indi növbə sizin deyil” sözləri ilə cavab verib.

“Sualı eşidirəm, amma biz bunu sizin istədiyiniz kimi etmirik. Bu, hörmətsizlikdir. Mən bitirdim, Saymon, bəsdir”, – deyə prezidentin mətbuat katibi söhbəti dayandırıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=185663

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930