Fransada Makronla bağlı təhqiqat başlanıb

24.11.2022 - 20:23

Fransada 2017-ci il seçkilərində ökə prezidenti Emmanuel Makronun seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı araşdırma başlanılıb.

Bu barədə Parisien qəzeti məlumat yayıb.

Məlumata görə, ilkin istintaqı ölkənin Maliyyə Prokurorluğu aparır. İstintaq üç müstəntiqə, o cümlədən 2017-ci ildə keçmiş baş nazir Fransua Fiyona qarşı ittihamlar irəli sürən Serj Turnerə həvalə edilib.

İlkin olaraq, Senatın hesabatından sonra mart ayında başladılan təhqiqat özəl konsaltinq şirkətləri tərəfindən çirkli pulların yuyulması və korporativ verginin ödənilməməsi ilə bağlı olub. Araşdırma digər məsələlərlə yanaşı, “McKinsey” şirkətinin Fransa ofisinin son on ildə vergi ödəmədiyini və 2018-2021-ci illərdə hökumətin konsaltinq xidmətlərinə görə ödənişinin orta hesabla iki dəfə artaraqildə 1 milyard avroya çatdığını üzə çıxarıb. Məhz bu ilin mayında “McKinsey”in qərargahında aparılan axtarışdan sonra prokurorlar sırf maliyyə işinə “favoritizm” və “kampaniyanın qanunsuz maliyyələşdirilməsi” şübhələrini əlavə etmək qərarına gəliblər. İndi onlar Amerika firmasının hökumət müqavilələrinin verilməsində imtiyazlı mövqeyə malik olub-olmadığını araşdırmalıdırlar.

Qəzetin mənbələrinə görə, indiki mərhələdə müstəntiqlər yəqin ki, yalnız dövlət başçısının ətrafı ilə “McKinsey” arasında əlaqələrin mövcudluğundan xəbərdardırlar.

Eyni zamanda, “Le Monde” qəzetinin yazdığına görə, bu firmanın məsləhətçiləri 2017-ci il prezident seçkiləri zamanı Makronun kampaniyası üzərində çalışıblar və iddialara görə, hətta prezident partiyası və nazirliklərdə müəyyən vəzifələr tutublar. Fransa Prokurorluğu qəzetin məlumatını şərh etməkdən imtina edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=185692

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031