AK Ukraynada dağılmış məktəblərin bərpasına 100 milyon avro ayırıb

29.12.2022 - 21:38

Avropa Komissiyası (AK) hərbi əməliyyatlar nəticəsində dağılmış Ukrayna məktəblərinin bərpası üçün 100 milyon avro ayırıb.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə AK rəhbəri Ursula fon der Lyayen tviter səhifəsində məlumat verib.

“Ukraynanın gələcəyi onun uşaqlarından başlayır. Biz Rusiya bombaları ilə dağıdılan məktəbləri bərpa etmək üçün 100 milyon avro sərmayə qoyuruq. Uşaqların məktəblərə daha təhlükəsiz gedib-gələməsi üçün məktəb avtobusları göndəririk. Kompüterləri yığıb çatdırırıq. Odur ki, şagirdlər təhsillərini davam etdirə bilərlər”, – o yazıb.

AK-nın məlumatına görə, Ukraynada müharibə başlayandan bəri 2800-dən çox təhsil müəssisəsi dağıdılıb və ya zərər görüb, 5,7 milyondan çox ukraynalı uşaq müharibənin təsirlərini öz üzərində hiss edib.(report)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=186678

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930