Ukrayna səfiri Belarus XİN-ə çağırılıb

29.12.2022 - 22:28

Ukraynanın Minskdəki səfiri İqor Kizim Belarus Xarici İşlər Nazirliyinə çağırılaraq raketlə bağlı kəskin etiraz bildirilib.

Cumhuriyyet.az-ın verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib.

“Bu gün Belarus hava hücumundan müdafiə qüvvələri Belarus ərazisi üzərində Ukraynaya məxsus S-300 raketini vurub. Bu çox ciddi hadisədir. Belarus tərəfi məsələyə ciddi yanaşır. Bununla bağlı Ukraynanın səfiri İqor Kizim bu gün Belarus Xarici İşlər Nazirliyinə çağırılıb və ona kəskin etiraz edilib. Biz Ukrayna tərəfindən tələb etdik ki, raketin buraxılması ilə bağlı bütün hallar hərtərəfli araşdırılsın, cavabdeh şəxslər məsuliyyətə cəlb olunsun və gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün kompleks tədbirlər görülsün. Bu, hər kəs üçün fəlakətli nəticələrə səbəb ola bilər”, – Anatoli Qlaz bildirib.

Daha əvvəl Belarus Müdafiə Nazirliyi dekabrın 29-da səhər saat 10 radələrində ölkənin hava hücumundan müdafiə qüvvələri tərəfindən hava hədəfinin vurulduğunu bildirmişdi.

Belarus tərəfinin bildirdiyinə görə, yoxlama tədbirləri zamanı ilkin olaraq müəyyən edilib ki, qalıqlar Ukrayna ərazisindən atılan S-300 zenit-raket kompleksinə məxsusdur.(apa)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=186694

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930