Çavuşoğlu Braziliyada həmkarları ilə görüşdü

01.01.2023 - 15:45

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Braziliyadadır.

Cumhuriyyet.az xəbər verir ki, nazir səfər çərçivəsində bu ölkənin xarici işlər naziri vəzifəsinə yenidən təyin olunan Mauro Vieira, Qvatemala xarici işlər naziri Mario Adolfo Bucaro Flores və Qabon xarici işlər naziri Maykl Musso Adamo ilə ayrı-ayrılıqda görüşüb.

Braziliyada ilk görüşünü yenidən ölkənin xarici işlər naziri vəzifəsinə təyin olunan Vieira ilə keçirdiyini bildirən Çavuşoğlu ikinci görüşünün qvatemalalı həmkarı Floreslə olduğunu bildirib:

“İqtisadiyyat, müdafiə sənayesi və mədəniyyət sahələrində əlaqələrimizi inkişaf etdirəcəyik” – deyə Çavuşoğlu bildirib.

Nazir Çavuşoğlu qabonlu həmkarı Adamo ilə 2022-ci ilin son ikitərəfli görüşünü keçirdiklərini söyləyib.

“Biz müdafiə sənayesi və iqtisadi əlaqələrimizi və nazirliklərimiz arasında əməkdaşlığı müzakirə etdik”- deyə, o məlumat verib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=186750

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930