Netanyahu Ukraynaya silah tədarükü ilə bağlı məsələni araşdıracağını bildirib

05.02.2023 - 12:18

İsrailin Baş naziri Benyamin Netanyahu milli maraqları nəzərə alaraq Ukraynaya silah tədarükünün mümkünlüyünü araşdıracağını bildirib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Netanyahu Fransanın “LCI” telekanalına müsahibəsində bildirib.

O bildirib ki, silah tədarükü məsələsi əvvəlki İsrail hökuməti tərəfindən nəzərdən keçirilib və rədd edilib.

“Mən bu məsələni öyrənəcəyəm və ən adekvat cavab verəcəm. Biz bu məsələni milli maraqlarımıza uyğun olaraq nəzərdən keçiririk”, – deyə Baş nazir bildirib.

İsrail Kiyevi xüsusən də “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi ilə təmin etmək məsələsini nəzərdən keçirirmi sualına Netanyahu müsbət cavab verib:

“Bəli, mən bu barədə düşünürəm. Deyə biləcəyim tək şey budur”.

Netanyahu xatırladıb ki, İsrail hələ hökumət qurmalıdır və xarici siyasətini müəyyənlləşdirməlidir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=187476

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031