cumhuriyyet.net
Ukrayna Türkiyəyə xilasetmə qrupu göndərdi • Cumhuriyyət
Ukraynanın axtarış-xilasetmə qrupu Türkiyədə zəlzələ bölgəsinə yardıma yollanıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Ukraynalı mütəxəssislər təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında müvafiq təcrübəyə malikdirlər və ən qısa müddətdə zərər çəkmiş rayonlara çatacaqlar. Onlar zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün işlərə kömək edəcəklər”, – deyə Zelenski bildirib.
nesimi