Avropa Parlamenti Gürcüstanı Saakaşvilini azad etməyə çağırıb

15.02.2023 - 23:01

Avropa Parlamenti Gürcüstanı keçmiş prezident Mixail Saakaşvilini əfv etməyə və azad etməyə çağıran qətnamə qəbul edib.

“Onun kəskin arıqlaması və həbsdə olarkən ağır metaldan zəhərlənməsi ilə bağlı məlumatları nəzərə alan Avropa Parlamentinin deputatları Gürcüstan hakimiyyətini Saakaşvilini azad etməyə və onun xaricdə lazımi müalicə almasına icazə verməyə çağırır”, – qətnamədə deyilir.

Avropa Parlamentinin deputatları həmçinin Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvilini keçmiş dövlət başçısını əfv etmək üçün konstitusion hüququndan istifadə etməyə səsləyiblər.

Deputatlar Gürcüstan hakimiyyətinə xatırladıblar ki, onlar Saakaşvilinin sağlamlığının təmin edilməsinə, ona lazımi tibbi müalicənin göstərilməsinə və fundamental hüquqlarına hörmət edilməsinə cavabdehdirlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=188228

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930