Finlandiya parlamenti ölkənin NATO-ya üzvlüyünü təsdiqlədi
Finlandiya Parlamenti ölkənin NATO-ya üzvlüyünü təsdiqləyib.
Cumhuriyyet.az YLE-yə istinadən xəbər verir ki, bununla bağlı Parlamentdə bu gün səsvermə keçirilib.
184 parlamentari Finlandiyanın NATO-ya üzvlüyünə səs verib, 7 parlamentari səsvermədə iştirak etməyib.
Short URL: https://www.cumhuriyyet.net/?p=189247