Rusiya məcbur etdi, verdim, indi qaytarıram
Nüvə silahlarının Belarusa qaytarılması ilə bağlı Putinlə danışıqları intensivləşdirmişəm.
Cumhuriyyet.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Lukaşenkonun sözlərinə görə, 90-cı illərdə nüvə silahını Belarusdan çıxarmaq istəməyib, amma Qərbin və Rusiya prezidentinin təzyiqi ilə bunu etməyə məcbur olub:
“Sovet nüvə silahlarının zəmanət altında Belarusdan çıxarılması məsələsində geri çəkilmək məcburiyyətində qaldım. Lakin indi həmin zəmanətlər tapdalanır və unudulur”.
Short URL: https://www.cumhuriyyet.net/?p=190323