cumhuriyyet.net
Zelenski Almaniyaya səfər edəcək • Cumhuriyyət
Ukrayna Prezidenti Vladimir Zelenski mayın 13-də Berlinə səfər edəcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə bu gün N-TV telekanalı məlumat yayıb. Telekanalın xəbərinə görə, mayın 14-də Almaniya Kansleri Olaf Şolts Ukrayna liderini rəsmi şəkildə qəbul etməlidir. Qeyd edək ki, Zelenski bu gün Finlandiyada səfərdədir.
nesimi