İsrail ordusu HAMAS-la müharibədə indiyə qədər 571 hərbçi itirib
İsrail ordusu HAMAS-la müharibədə 7 oktyabrdan indiyə qədər ümumilikdə 571 hərbçi itirib. APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces – İDF) mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, ötən gün ərzində anklavın Xan Yunis şəhərində gedən döyüşlərdə daha bir İsrail hərbçisi həlak olub, 8 hərbçi yaralanıb.
Bununla da İsrail ordusunun Qəzza zolağında yerüstü hərbi əməliyyatlara başlayandan indiyədək həlak olan hərbçilərinin sayı 233 nəfərə çatıb. Xatırladaq ki, ötən ilin 7 oktyabrında HAMAS İsrailin cənubuna hücum edib və bu hücum nəticəsində 1200-dən çox israilli qətlə yetirilib. İsrail rəsmiləri bildirib ki, öldürülənlərin əksəriyyəti mülki şəxslərdir. HAMAS həmin hücumda 240-dan çox israillini girov götürüb. İsrail hökuməti bu gözlənilməz hücuma cavab olaraq ölkədə müharibə vəziyyəti elan edib və Qəzzada HAMAS-a qarşı “Dəmir Qılınclar” əməliyyatına başlayıb, anklava hava zərbələri endirib.
24 oktyabrdan etibarən İsrail Qəzzada yerüstü hərbi əməliyyatlara başlayıb.
Short URL: https://www.cumhuriyyet.net/?p=198537