Paşinyan Rusiya sülhməramlılarını tənqid etdi: “Erməniləri qorumadılar”

19.02.2024 - 13:54

Ermənistanın Baş naziri Nikol Paşinyan ermənilərin Dağlıq Qarabağı tərk etməsinə görə Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin məsuliyyət daşıdığını bildirib.

KONKRET.az Ermənistan mediasına istinadən xəbər verir ki, N.Paşinyan bu barədə Münxendə erməni diasporu ilə görüşündə bildirib. Onun sözlərinə görə, 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda Rusiya Federasiyasının Ermənistan ərazisində nəyəsə nəzarət edəcəyi ilə bağlı heç bir bənd yoxdur.

“Azərbaycan və Rusiya əslində bu sənədin digər məqamlarını cırıb atıblar. Bəyanatın 9-cu bəndinə istinad artıq aktual deyil, çünki Azərbaycan və Rusiya digər bəndlər üzrə öz öhdəliklərini pozublar. Digər bəndlərin işləmədiyi halda bir bəndə istinad edilməsi nə dərəcədə doğrudur? Bu gün Dağlıq Qarabağda heç bir erməninin olmaması faktı Rusiya sülhməramlı kontingentinin məsuliyyətidir, amma onların vəzifəsi Dağlıq Qarabağın erməni əhalisini qorumaq idi”.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Baş nazirinin Münxendə erməni icması ilə görüşdə səsləndirdiyi fikirlərin “beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirən iddialar” kimi qiymətləndirib. “Ermənistan tərəfinin guya Azərbaycanın üçtərəfli bəyanatı pozduğu iddiasına gəldikdə, bunun heç bir əsasının olmadığı, məhz Ermənistanın öhdəliklərinə zidd olaraq silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı, kommunikasiya xəttlərinin açılması öhdəliyini yerinə yetirmədiyi hər kəsə yaxşı məlumdur. Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir”, – deyə Ayxan Hacızadə qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=198605

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930