NATO-nun baş katibi: “Ukraynanın cəbhədəki vəziyyəti çox ağırdır”

21.02.2024 - 10:38

Ukrayna Silahlı Qüvvələri (USQ) NATO ölkələrinin onları kifayət qədər sayda mərmi ilə təmin etməməsi səbəbindən hazırda cəbhədə çox çətin vəziyyətdədir. Bizimyol.info xəbər verir ki, bunu Kanadanın “CTV” telekanalında Alyansın baş katibi Yens Stoltenberq deyib.

“Cəbhə xəttində Ukrayna Silahlı Qüvvələri üçün vəziyyət çox ağırdır. Biz rusların bəzi uğurlarını, o cümlədən Avdievkanın ələ keçirilməsini də gördük. Bu, ciddi siqnaldır”, – deyə qeyd edib.
Stoltenberq bildirib ki, Ukrayna Silahlı Qüvvələri qismən “NATO müttəfiqləri onları kifayət qədər sursatla təmin edə bilmədilər”, o cümlədən ABŞ-da Ukraynaya hərbi dəstək vermək barədə qərarın olmaması səbəbindən bu vəziyyətə düşüblər. Bununla bağlı baş katib NATO üzvlərini Kiyevə dəstəyi gücləndirməyə çağırıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=198665

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930