Baydenlə Tramp debata çıxacaq, hər iki lider bir-birinə meydan oxudu – Tarixlər bəlli oldu

16.05.2024 - 11:07

ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün geri sayım başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölkə tarixinin 60-cı prezident seçkilərində iki əsas namizəd – hazırkı prezidenti Cozef Baydenlə sabiq prezident Donald Tramp iki dəfə canlı yayımda debata çıxacaqlar: “Bayden və Tramp iyunun 27-də CNN-də və sentyabrın 10-da ABC-də canlı yayımda suallara cavab verəcək, öz mesajlarını seçicilərə verəcək”.

Bu barədə yayılan xəbəri Bayden təsdiqləyib. O, sosial media hesabında debat üçün CNN-dən aldığı dəvəti qəbul etdiyini bildirib: “İstənilən vaxt və məkanda Trampla qarşılaşmağa hazıram. Bilirsiniz, mən 2020-ci ildə hər iki canlı yayım debatında ona qalib gəldim. Bu dəfə də elə olacaq…”.

Trampdan da cavab gecikməyib. O, debata razılıq verdiyini bildirib: “Həyəcan üçün ikidən çox debat təklif edirəm. Üstəlik, Bayden izdihamdan qorxsa da, ona yenə təklif edirəm: gəl, açıq meydanlarda debata çıxaq! Sadəcə mənə vaxtı deyin, orada olacağam. Çoşqu yaratmağa hazıram!”.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=200362

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930