Keşişin mitinqində iştirak edənlərə 13 dollar verilib – Səs yazısı

05.06.2024 - 15:06

Ermənistanda “Vətən naminə Tavuş” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanın təşkil etdiyi etiraz aksiyalarında iştirak etmək üçün vətəndaşlara pul verilib. Yeniavaz.com “Armtimes” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan İstintaq Komitəsi yayıb.
Bildirilir ki, Ermənistanın hüquq-mühafizə orqanları mitinq iştirakçısı olan 2 nəfərin telefon danışığını əldə edib. Telefon danışığından məlum olub ki, etiraz aksiyalarına daha çox insan cəlb etmək üçün onlara pul verilir.
Bildirilir ki, may ayında İrəvanda təşkil olunan mitinqlərin birində 4 nəfərin iştirakı üçün onların hər birinə 5 min dram (13 dollar) verilib.
Qeyd olunur ki, məsələ ilə bağlı Ermənistan İstintaq Komitəsi Cinayət Məcəlləsinin 236-cı maddəsinin 2-ci hissəsi ilə cinayət işi başladıb. İbtidai istintaq çərçivəsində bir sıra zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib, o cümlədən axtarışlar aparılıb, nəticədə istintaqı maraqlandıran əşyalar, o cümlədən qrafalarda yazılan şəxslərin adları, qeyd dəftərləri aşkar edilib.
İstintaq zamanı əldə edilən faktlar əsasında adı açılanmayan 29 yaşlı şəxs həbs olunub.
Onu da bildirək ki, Ermənistan İstintaq Komitəsi həbs olunan şəxsin səs yazısını da yayıb.

Short URL: https://www.cumhuriyyet.net/?p=201105

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031