Zəngəzur dəhlizi açılır: Yola nəzarəti bu qurum həyata keçirəcək – Şok detallar

11.06.2024 - 11:37

Ötən gün Ermənistan parlamentinin sədri Alen Simonyan Zəngəzur dəhlizi ilə bağlı sensasiya sayıla biləcək bəyanatla çıxış etdi.  Axar.az xəbər verir ki, Simonyan İrəvanın bütün yolları və kommunikasiyaları açmağa hazır olduğunu bildirdi. “Əgər nə vaxtsa imkan yaranarsa və ya iki ölkə arasında kommunikasiyaya nəzarətin başqa təşkilata verilməsi variantına qayıtmaq təklifi olarsa, o zaman bu məsələ müzakirə oluna bilər. Amma düşünmürəm ki, bu, hansısa regional ölkə ola bilər”, – Simonyan jurnalistin sualına cavab olaraq əlavə etdi.

Ermənistan parlamentinin sədrinin Zəngəzur dəhlizini nəzərdə tutduğu şübhəsizdir, çünki məhz onun “3-cü dövlətin nəzarətinə verilməsi” məsələsi var. 9/10 noyabr 2020-ci il bəyanatına görə, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən maneəsiz yola Rusiya FTX-nin Sərhəd Xidməti nəzarət etməlidir.

A.Simonyan “düşünmürəm ki, bu, hansısa regional ölkə ola bilər” sözləri ilə birbaşa bəyanatın bu bəndini və region ölkəsi olan Rusiyanı nəzərdə tutur. Yəni heç bir halda nəzarətin Rusiyaya verilməyəcəyini elan edir. O, yola nəzarət üçün Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin tərkibində müvafiq qurum yaradıldığını və bu qurumun məsuliyyəti üzərinə götürməyə hazır olduğunu bildirməklə yanaşı, təhlükəsizliyin təmini üçün “bir təşkilat” müzakirəsinə də açıq olduqlarını qeyd etdi.

Maraqlıdır, Paşinyanın danışan dili olan Simonyan hansı təşkilatı nəzərdə tutur?

Söhbət “Frontex” kimi tanınan təşkilatdan – Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyindən gedir.

“Frontex” 2004-cü ildə Xarici Sərhədlərdə Əməliyyat Əməkdaşlığının İdarə edilməsi üzrə Avropa Agentliyi kimi yaradılıb və ilk növbədə sərhəd nəzarəti səylərinin əlaqələndirilməsinə cavabdehdir. 2015-ci ildə qurum Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinə çevrilib, 6 oktyabr 2016-cı ildə Bolqarıstanın Türkiyə ilə xarici sərhədində rəsmi olaraq fəaliyyətə başlayıb.

Büdcəsi də 2015-ci ildə 143 milyon avro idisə, 2021-ci ildə artıq 543 milyon avroya yüksəlib. Agentliyin əməkdaşlarının 2027-ci ilə qədər 10.000 nəfərə çatdırılması planlaşdırılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=201256

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031