Müharibə daha da ALOVLANIR – SENSASİON DETALLAR

12.06.2024 - 11:13

“Rusiya-Ukrayna müharibəsinin səngiyəcəyi proqnozlaşdırılmır. Rusiya öz hərbi-sənaye kompleksini gücləndirib və müharibəyə göndərdiyi hərbi texnikanın sayını artırıb. Ukrayna hərbi texnik və sursat sarıdan zəifləsə də, ABŞ və Avropa ölkələri son aylarda Ukraynaya hərbi dəstəyin miqyasını artırıblar. Ukraynanı hərbi təhcizat göndərən ölkələri Rusiyadakı hərbi obyektlərə zərbə endirməyə icazə veriblər. Bu, müharibənin hələ uzun müddət davam edəcəyinin əlamətidir”.

Musavat.com xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Fransanın “Mirage-2000” qırıcı təyyarələrini Ukraynaya təhvil verməyə hazırlaşması müharibənin miqyasını genişləndirəcək. 1970-ci illərdə hazırlanan “Mirage- 2000” təyyarələri artıq Fransada istifadə olunmur. Fransa bu təyyarələri idarə etmək üçün ukraynalı pilotların hazırlanmasını həyata keçirəcək. Təlimlər Fransada keçiriləcək. İlin sonuna qədər ukraynalı pilotların təmiləri başa çatacaq.

Politoloqun sözlərinə görə, ABŞ və Fransa ukraynalı pilotların hazırlıqlarına başlayarkən, Vaşinqton NATO-nun bir qrup pilotunun əməllərindən narahatdırlar: “”Financial Times” dərgisinin yazdığına görə, Çin Müdafiə Nazirliyi NATO pilotlarını ölkəyə dəvət edərək çinli pilotlara kurs keçmələrini istəyir. Çin bu məqsədlə özəl şirkətlərin imkanlarından istifadə edir. Özəl şirkətlər elanlar verərək yüksək maaş müqabilində NATO ölkələrinin keçmiş hərbi pilotlarını Çində işə dəvət edirlər. Cənubi Afrika Respublikasında fəaliyyət göstərən bir sıra özəl şirkətlərin vasitəsilə Böyük Britaniyanın 20-yə yaxın keçmiş pilotu Çində fəaliyyətə başlayıb. Keçmiş pilotları yüksək maaş vədi cəlb edir. Həmin pilotlar həm çinli pilotlara kurs keçir, həm də vaxtilə idarə etdikləri hərbi təyyarələr barədə təcrübələrin ilə bölüşürlər. ABŞ bu prosesin qarşını almağa çalışsa da, keçmiş pilotlara alternativ təklif edə bilmir”.

E.Şahinoğlu daha sonra vurğulayıb ki, Çinin peşəkar hərbi pilotlara ehtiyacı Tayvan ətrafındakı vəziyyətlə də bağlıdır: “Çin Tayvan adasını daimi mühasirədə saxlamağa çalışarkən, ətrafda hərbi gəmilərin və havaya qalxan təyyarələrin sayını artırıb. Yaxın müddət ərzində Çinin Tayvan ətrafında təxminən 54 hava kəşfiyyat uçuşu həyata keçirilib. Pekinin bu taktikası müharibəyə başlamadan Tayvan ətrafında təhlükəsizlik tədbirlərini gücləndirməkdir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=201287

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031