Gürcüstanla Rusiya diplomatik münasibətləri BƏRPA EDİR?

12.06.2024 - 11:39

Gürcüstan və Rusiya ölkələr arasında diplomatik münasibətlərin bərpasına çalışa bilər.Modern.az xəbər verir ki, bu barədə “Mtavari”yə məlumatlı mənbə bildirib.
Bundan sonra diplomatik münasibətlərin mümkün bərpası barədə məlumatı Rusiyanın BRIEF teleqram kanalının mənbələri təsdiqləyib.
İstər Gürcüstandakı rusiyayönümlü siyasətçilər, istərsə də Kremllə yaxın münasibətdə olan gürcü diasporunun nümayəndələri ölkələr arasında diplomatik münasibətlərin bərpasının zəruriliyini fəal şəkildə qeyd edirlər.
Bu barədə rusiyayönümlü Sülh Naminə Həmrəylik partiyasının nümayəndəsi, gürcü əsilli rusiyalı iş adamı Mamuka Pipia da Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalında bildirib. Keçən il o, hakim “Gürcü arzusu” partiyasının deputatı Vasil Çiqogidzenin dəvəti ilə Gürcüstan parlamentinin binasında olub və bu yaxınlarda Moskvada digər deputat, Avropa Sosialistlər Partiyasının nümayəndəsi Fridon İncia ilə görüşüb.
“Gürcü arzusu” diplomatik münasibətlərin mümkün bərpası ilə bağlı məlumatı təsdiqləmir. Hakimiyyətdə olan partiya əvvəllər dəfələrlə bildirib ki, diplomatik münasibətlərin bərpası yalnız Gürcüstan əraziləri – Abxaziya və Cənubi Osetiya işğaldan azad edildikdən sonra baş verə bilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=201303

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031