Ermənistan parlamentində Paşinyana görə ciddi təhlükəsizlik tədbirləri aparılır

12.06.2024 - 12:21

Hazırda Ermənistan Milli Assambleyasının iclas zalında ciddi təhlükəsizlik tədbirləri görülür, hətta masalardan su butulkaları da yığılıb. Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Məlumata görə, iclasda iştirak edəcək baş nazir Nikol Paşinyanın təhlükəsizlik işçiləri iclas başlamazdan əvvəl stulları yoxlayırlar, hətta jurnalistlərin də onlara ayrılmış yerlərdə əyləşməyə icazə verilmir.
Xatırladaq ki, bu gün Milli Assambleyada Nikol Paşinyanın da iştirak edəcəyi hökumət saatı keçiriləcək. Bundan əlavə, arxiyepiskop Baqrat Qalstanyan bu gün vacib işlərinin olduğunu bildirib və vətəndaşlardan saat 15:00-da Baqramyan prospektində – Milli Assambleyanın binası ilə üzbəüz olmasını xahiş edib.

Short URL: https://www.cumhuriyyet.net/?p=201317

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930