“Hizbullah”ın qisas əməliyyatı: 30 km uzaqlıqdakı ərazilər vuruldu

12.06.2024 - 14:06

İsrailin “Hizbullah” komandiri Talip Abdullanı və onun yoldaşlarını Livanın cənubundakı bir evdə öldürməsindən sonra gözlənilən qisas cavabı baş verib. Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Hizbullah indiyə qədər görünməyən formada İsrailin şimalına zərbələr endirib.
Liban mətbuatı yazır ki, qruplaşma 90 raketi eyni anda İsrailə yönəldib: “Bu günə qədər ən böyük hücumlardan birini həyata keçirən Hizbullahın raketlərinin çoxu “Dəmir Qübbə”ni aşaraq hədəflərə dəyib. Nəticədə bölgədə böyük yanğınlar başlayıb”.
İsrail mətbuatı faktı təsdiqləyib.
Bildirilib ki, Hizbullah səhər saatlarında Cuvaya qəsəbəsinə endirilən hava hücumuna cavab verib: “Livandan İsrailin şimalına 90 raket atmış Hizbullahın hücumlarından sonra siren səslərinin ardınca partlayışlar baş verib. İsrailin sərhəd xəttinə yerləşdirdiyi “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemləri raket yağışının qarşısını almağa çalışıb”.
“The Times of Israel” xəbər verir ki, raket hücumu indiyə qədərki ən böyük zərbələrdən biridir: “Raket hücumunda 30 kilometr uzaqlıqdakı Tiberiya şəhəri ilk dəfə hədəfə alınıb. Şəhər Tiberiya gölünün sahilində, Qolan təpələrinin ətəyində yerləşir. İsrail ordusu Hizbullah raketlərinin çoxunun havada məhv etsə də, bəziləri hədəfə dəyib. Raketlərin düşdüyü yerdə çoxlu yanğınlar baş verib…”.
Xatırladaq ki, İsrail Livanın cənubundakı bir evdə Hizbullah komandiri Talip Abdullah və onun yoldaşlarını bombalayaraq öldürüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=201327

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031