Zelenskinin sülh sammiti: məqsədinə nail ola biləcəkmi?

14.06.2024 - 13:44

Ukrayna diplomatiyası bütün dünyanın diqqətini Rusiya işğalına cəlb etmək məqsədilə qlobal sülh sammitinin təşkili istiqamətində böyük işlər görüb.

Ukrayna iyunun 15-16-da İsveçrədə keçiriləcək tədbirdə daha çox ölkənin iştirak etməsinə və eyni zamanda da aparıcı dünya dövlətlərinin mümkün qədər yüksək vəzifəli rəsmilərlə təmsil olunmasına çalışır. Lakin bəzi ölkələr Rusiya – Ukrayna müharibəsinə öz geostrateji maraqları kontekstindən yanaşaraq, bu sammitdə iştirakdan boyun qaçırır, ya da ki, daha aşağı ranqlı nümayəndə ilə təmsil olunmağı planlayırlar. Ukrayna tərəfi isə ölkələrin yüksək təmsilçiliyini sammitə verilən önəm kimi dəyərləndirir.

“AzPolitika” xəbər verir ki, Ukraynanın “Apostrof.ua” internet portalı “Zelenski Baydensiz və Si Cinpinsiz sülh sammitini xilas edə biləcəkmi?” başlıqlı məqaləsində sözügedən məsləyə toxunur.

Həmin məqaləni təqdim edirik: ”Qlobal sülh sammitində iştirak etməyə doxsandan çox ölkə razılıq verib. Lakin Çin sülh sammitində iştirakdan imtina edib. Hərçənd ki, hələ bu yaxınlara qədər Pekinin sammitdə iştirak edəcəyinə əminlik vardı. Ukrayna Xarici İşlər nazirinin müavini İrina Boroveç 29 mayda Çinin səfiri Fan Syancunla görüşü zamanı onları sülh sammitində iştiraka dəvət etmişdi.

Gözlənilirdi ki, Çin bu sammitdə Xarici İşlər naziri Van İ və ya Avrasiya üzrə xüsusi nümayəndə Li Huey səviyyəsində təmsil olunacaq. Maraqlıdır ki, Çinin özündəki ekspertlər də onların sammitə qoşulacaqlarına əmin idilər. Belə ki, Putinin 16 maydakı Pekin səfərindən sonra Çinin rəsmi mətbuat orqanlarında “sammitə Rusiyanı cəlb etmək lazımdır, bunun Çinə aidiyyatı yoxdur” tezisinə bənzər fikirlər dolaşmağa başlamışdı.

Baydenin sammitdə iştirakı sual altındadır

Ukrayna üçün digər xoşagəlməz xəbər okeanın o tayından gəlir. ABŞ nümayəndə heyətinin sammitdəki iştirakı dəqiqdir, çünki Vaşinqton onun təşkilində iştirak edir.Amma Co Baydenin bu sammitdə iştirak etməyəcəyinə dair Ağ evdən tez-tez siqnallar gəlir. Əlavə nüanslar da var. Belə ki, Bayden sülh sammitinin keçiriləcəyi yerə yaxın olan İtaliyada “Böyük yeddiliyin” toplantısına qatılacaq.

Diplomatik dairələrdə ehtimal edirlər ki, bu, Co Baydenin və onun müşaviri Ceyk Salivanın sammit ideyasına xoş baxmamaları və həmçinin də onların Vladimir Zelenskiyə qarşı münasibətlərinin soyumasıyla bağlıdır. ABŞ KİV-lərində buna xüsusi eyhamlar vurulur.

Ukrayna hakimiyyətinə Ağ evdən Rusiya ərazisinə Amerika silahları ilə zərbələr vurmağa icazə verildiyi bir vaxtda münasibətlərin soyuması yaxşı hal sayılmamalıdır. Ümumiyyətlə, ABŞ ənənəvi status kvonun saxlanmasında maraqlıdır və istənilir ki, Rusiya məğlubiyyətə uğramasın, Ukrayna isə müqaviməti davam etdirə bilsin.

Amma ABŞ-dən yaxşı xəbərlər də gəlir və bu, pis xəbərləri bir qədər kənara itələyir. Bu, Ukrayna ilə ABŞ arasında təhlükəsizlik sazişinin bağlanmasıdır. “Financial Tımes” qəzetinin məlumatına görə, bu, Ukraynanın digər NATO ölkələri ilə imzaladığı müqavilələr arasında daha böyük əhəmiyyət daşıyacaq. Həmin müqaviləyə əsgərlərin hərbi təlimiləri, kəşfiyyat mübadiləsi və iqtisadi yardımlar daxildir. “G7” lideləri həmçinin, Rusiya aktivlərinin tam müsadirə edilməsi ilə bağlı mexanizmi təsdiq etməlidirlər. Ancaq hələlik burada söhbət Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərdən Kiyevin istifadə edə biləcəyindən gedir. Demək olar ki, “G7” ölkələrinin maliyyə nazirləri bu məsələdə razılığa gəliblər.

Nəhayət, Amerikanın göndərdiyi silahlarla Ukraynanın Rusiya Federasiyası ərazisinə müəyyən məhdudiyyətlər şərtil ilə zərbə vurmasına razılıq verməsi müsbət xəbərdir. Bütün bunların hamısı Ukrayna üçün çox vacib olsa da, bu, sammitlə əlaqədar ən başlıca problemi aradan qaldırmır, çünki digər ölkələr sammitə hansı səviyyədə nümayəndə göndərəcəklərinə qərar verərkən ABŞ və Çinin mövqeyini diqqətə alırlar.

Ukrayna nə edir?

Ukrayna rəhbərliyi Baydeni sammitə cəlb etməyə çalışır. Zelenski Belçikanın Baş naziri Aleksandr de Kro ilə 28 mayda Brüsseldə keçirdiyi mətbuat konfransında deyib: ”Mən bilirəm ki, Amerika sammiti dəstəkləyir, amma biz sizinlə bunun hansı səviyyədə olduğunu bilmirik. Mən hesab edirəm ki, bu, çox güclü qərar deyil… Onun(Baydenin-red.) iştirak etməməsini Putin yalnız alqışlayacaq, həm də ayaq üstə”.

Avropa liderlərinin sammitdə iştirakı ilə bağlı problem gözlənilmir. Sammitə gələcək ölkələrin əksər hissəsi yüksək nümayəndə heyəti ilə təmsil olunacaqlarını artıq təsdiq ediblər.

Ukrayna diplomatarı üçün digər regionlarla işləmək çətin olub, hətta onların Rusiya və ya Çinlə əlaqələrindən asılı olmayraq. Burada əsas məsələ sammitdən çıxacaq praktik addımların izah olunmasıdır. Sammitin ilkin ideyasının bəndləri dəvətləlilərin heç də hamısı üçün aydın deyil. Enerji və nüvə təhlükəsizliyi, dənizlərdə yüklərin sərbəst daşınması, əsirlərin dəyişdirilməsi(deportasiya edilmiş uşaqların geri qaytarılması) kimi məsələlər heç də dünyanın bütün dövlətləri üçün maraqlı gəlmir. Ona görə də prezident Zelenskinin digər ölkələrin lideriləri ilə şəxsi ünsiyyəti çox mühümdür. Bu planda son həftə İspaniya və Portuqaliyadan tutmuş, Şimali Avropaya qədər edilən bir sıra səfərlər təsadüfi sayılmamalıdır. Zelenskinin “Şanqri-La” dialoqu ilə bağlı Sinqapur səfərini xüsusilə qeyd etmək lazımdır. Bu sammit Münhen təhlükəsizlik konfransının özünəməxsus Asiya analoqudur.

Ukrayna diplomatları ölkələri dəvət edəndə bəzi hallarda sammitlə bağlı olmayan konkret nüansları da nəzərə alıblar. Müttəfiqlərin vasitəçiliyi də az rol oynamayıb. Hətta Çinin iştirak etmədiyi bu sammit bütün dünyadan hissediləcək səviyyədə nümayəndələr toplayacaq. Başlıcası isə görüşün nəticələrini praktikada reallaşdırmaqdır”.

“AzPolitika.info”

Short URL: https://www.cumhuriyyet.net/?p=201404

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930