Meymun çiçəyi virusunun ən təhlükəli variantı yayılır – ÜST-dən xəbərdarlıq

05.07.2024 - 12:23

Meymun çiçəyi virusunun ən təhlükəli variantı sürətlə yayılmağa başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu həyəcan təbilini Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çalıb.

Təşkilatdan bildirilib ki, meymun çiçəyi virusunun (Mpox) yeni variantı artıq virusun ilkin mənbəyi olan Konqo Demokratik Respublikasının sərhədlərini aşıb: “Virusin yeni variantı indiyə qədərkilərin ən təhlükəlisidir. Mövcud epidemiya cinsi yolla daha sürəötlə yayılır. Bununla belə  bu ştammın insanların bir-brlərinə toxunması zamanı da keçiciliyi var. Bu, artıq sübut olunub”.

ÜST-in hesabatına əsasən, hazırda yoluxmuş şəxslər arasında məktəbli uşaqlar, tibb işçiləri və digər kateqoriyalı şəxslər var: “Təəssüf ki, ölənlərin sayı çoxaılır…”

ÜST Mpox simptomlarını belə xarakterizə edib: hədsiz yorğunluq, ağrılar, qızdırma, baş ağrısı, nəfəs çatışmazlığı və səpgi.

Short URL: https://www.cumhuriyyet.net/?p=202375

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728