Bayden bu halda GERİ ÇƏKİLƏCƏK

12.07.2024 - 11:14

Bütün qələbə şansları itirilsə, yenidən seçilmək üçün mübarizəni dayandırmağa hazır olacağam, lakin sosioloqların apardıqları sorğular bunun əksini deyir. Bu sözləri ABŞ Prezidenti Cozef Bayden Vaşinqtonda NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

Amerika lideri, eyni zamanda bildirib ki, ABŞ-də seçki kampaniyası zamanı böyük dəyişikliklər baş verə bilər.

“Bununla belə, mən ən yaxşı olduğuma inanıram və bilirəm ki, liderlik baxımından ən bacarıqlıyam. Lakin Trampı məğlub edə biləcək başqa insanlar da var”, – Bayden qeyd edib.

Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Bayden və Tramp artıq öz partiyalarının prezidentliyə namizədləri kimi təsdiq olunublar.//”Report”

Short URL: https://www.cumhuriyyet.net/?p=202829

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930