Türkiyəyə bağlı “universitet” 4 min nəfəri aldadıb

12.07.2024 - 15:12

Dünyanın 168 ölkəsində 4 minə yaxın tələbəsi olduğunu iddia edən Yeni Pazar Universitetinin, əslində, gerçəkdə heç olmadığı ortaya çıxıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu qondarma universitetə ​​”daxil olanları”n diplomlarının saxta olması üz çıxandan sonra aşkarlanıb.

Məlumata görə, hər tələbədən 2-4 min avro arası təhsil haqqı adıyla pul alan universitetin diplomları kimi, ünvanı, telefon nömrəsi, hətta professor kimi təqdim edilən rektoru belə saxta olub: “Diplomlarının saxta olduğunu anlayan distant təhsili (uzaqdan təhsil) “məzunlar” şikayət etmək istəyərkən  aydınlaşıb ki, qondarma universitetin nə kampusu, nə ünvanı var.  Hətta professor kimi saytda təqdim olunan rektor Ali İlsevenin əslində orta məktəb məzunu olduğu üzə çıxıb. Məsələnin maraqlı tərəflərindən biri də yalnız dövlətin rəsmi qurumunun icazəsi ilə satılan “edu.tr” domeninn bu qondarma universitetə kimin və necə satmasıdır. Bu fakt artıq Türkiyə YÖK tərəfindən də araşdırılır”.

Xəbərdə deyilir ki, Yeni Pazar Universitetinə qarşı başladılan istintaqla başaqa faktlar da aşkarlanıb: “Aydın olub ki, Albaniya, Serbiya və Monteneqroda fəaliyyət göstərdiyi də iddia edilən universitetin rektoru kimi dələduzun biridir. Nə onun, nə də universitetin rəsmi telefonu kimi göstərilən nömrələr də artıq işlək deyil. “Professor, Dr. Ali İlseven” kimi adı qeyd edilən şəxs axtarışa verilib…”

Short URL: https://www.cumhuriyyet.net/?p=202846

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031