Bahar Muradova muradova karantinə meydan oxuyur: 450 nəfərlik tədbir, qalmaqallı tender…

23.03.2021 - 13:43

Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin tenderləri ictimai müzakirələrə səbəb olub. Reportyor.info xəbər verir ki, ictimai fəallar xüsusilə diqqəti “TZ-Stone” MMC ilə bağlanan müqaviləyə çəkir. Komitə ilə MMC arasında bu satınalma müqaviləsi barədə ötən yazımızıda məlumat vermişdik.
Xatırladaq ki, Komitə arasında “TZ-Stone” MMC arasında ümumi məbləği 207 161.8 AZN iki müqavilə imzalanıb. Müqavilələrdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətinə uyğun işğaldan azad olunmuş ərazilərdə işlərin aparılması və müharibədən zərər çəkən ailələrə dəstəyin həyata keçirilməsi və 15 may Beynəlxalq Ailə Bayramı gününə həsr olunmuş silsilə tədbirlərin təşkili nəzərdə tutulur.


“TZ-Stone” MMC 21 may 2020-ci ildə qeydiyyata alınıb. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Rahib Məmmədov, ev 6, mənzil 59-da yerləşən şirkətin nizamnamə kapitalı 50 AZN-dir. MMC-nin qanuni təmsilçisi isə Həsənova Zərifə Paşa qızıdır.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından da göründüyü kimi bu şirkət səmi 9 aydır yaradılıb.
Araşdırmalar zamanı bəlli olur ki, Bahar Muradova Komitəyə rəhbərlik edəndən sonra “TZ-Stone” MMC meydana çıxıb və qurumun tenderlərinin qalibi olmağa başlayıb. Bahar Muradova 12 mart 2020-ci il tarixdən Komitəyə rəhbərlik edir. “TZ-Stone” bundan təxminən 2 ay sonra yəni may ayının 21-də qeydiyyata alınıb. 11 yanvar 2021-ci ildə isə qurumun Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi şirkətlə iki müqavilə imzalayıb. Müqavilədə invertarların alınması nəzərdə tutulur. Maraqlıdır ki, “TZ-Stone” MMC həm tədbirlər təşkil edir, həm də invertarlar satır.


Bu məsələnin maraqlı məqamlarından biri də müzakirə mövzusu olan satınalma müqaviləsində 15 may Beynəlxalq Ailə Bayramı gününə həsr olunmuş silsilə tədbirlərin təşkilinin nəzərdə tutulmasıdır. Azərbaycanda koronavirus infeksiyasına görə iyunun 1-nə qədər xüsusi karantin rejiminin tətbiq edilib. Karantin rejimində kütləvi tədbirlərin keçirilməsi qadağandır. Bu zaman hansı silsilə təbdirlərdən söhbət gedir? Doğrudur, Komitənin sözçüləri iddia edir ki, tədbirlər karantin qaydalarına uyğun keçiriləcək. Amma müqavilənin şərtləri bunun əksini deyir. Gəlin şərtlərə diqqət edək:

1. Nominasiyaların adlarını əks etdirən baner+montaj Ölçü vahidi 1m*2m 4 ədəd;
2. Xarici qonaqların və dövlət qurumlarının nümayəndələrinin, tərcüməçilərin yerləşdirilməsi, qidalanması 2 gün 20 nəfər yaxın rayonun mövcud otelində;
3. Tədbir iştirakçıları üçün nahar 450 nəfər;
4. Müsabiqələrin qalibləri üçün hədiyyələr (şəkillər üçün çərçivələr ağac şəklində) 8 ədəd
5. Uzunömürlü, çoxuşaqlı, yeni toy edən ailələr üçün hədiyyələr (balaca ekran televizor 61 sm) 3 ədəd;
6. Ailələr üçün hədiyyələr (elektrik balaca soba) 76 ədəd;
7. Guşələrin adlarını əks etdirən roll uplar Ölçü vahidi 1.2*2.1m 8 ədəd;
8. Bayramı əks etdirən baner+montaj Ölçü vahidi 1m*2m 2 ədəd;
9. Rayonların adlarını əks etdirən masa üstü lövhələr 79 ədəd (3-ü xususi nominasiya)
10. Dəvətnamə (zərflə birlikdə) Ölçü 0.99*0.21 sm 30 ədəd
11. Tədbir üçün lazım olan ləvazimatların tədbir yerinə çatdırılması Nəqliyyat (avtobus)
12. Kepka üzərində bayramın loqosu Qırmızı-115 ədəd Göy-115 ədəd Sarı-170 ədəd
13. 100 Ailəyə diplom A4 (300-350qr)
14. Konfransın təşkili Zalın icarəsi (100 nəfərlik) Elektron banerin sifarişi Ekranların icarəsi (3 ədəd) Bülletenlərin çap olunması (100 ədəd) Çay fasiləsi (100 nəfər) Qonaqlar üçün qovluq, qələm, bloknot (100 ədəd) Sərgi üçün müasir tipli stendlər (5 ədəd) Ailələrə diplom və hədiyyə (5 ailə);
15. Ailələrin əl işlərini əks elətdirən sərginin təşkili üçün stend 30 ədəd
16. Çanta 120 ədəd
17. Tədbir iştirakçılarının yerləşdirilməsi tədbirin keçirilən yerə yaxın oteldə 400 nəfər 1 gün;

Göründüyü tədbir iştirakçıları üçün 450 nəfərlik nahar nəzərdə tutulur. Bu isə tədbirdə 450 nəfərin iştirak edəcəyi deməkdir. Silsilə tədbirlərə daxil olan konfransın keçirilməsi üçün 100 nəfərlik zalın icarəyə götürülməsi nəzərdə tutulur. Xüsusi karantin rejimində 450 nəfərlik tədbirin, 100 nəfərlik konfransın keçirilməsi karantin qaydalarına uyğundurmu? Bu sualın cavabı açıq qalır. Ehtimal etmək olar ki, ya bu tədbir ümumiyyətlə keçirilməyəcək, ya da müqavilədə şişirdilmiş qaydada keçirilməyəcək.

REPORTYOR.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161795

XƏBƏR LENTİ

virtual_roadi

05.05.2021Sevgi Ünvanı
Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31