Deputat Musa Qasımlının qohumları vətəndaşı ölümcül döyüblər

16.08.2021 - 01:24
Biləsuvarın Muğanlı kəndində bir qrup şəxs kənd sakini Elçin Rüstəmovu ölümcül döyüb.
Bu barədə Elçin Rüstəmovun yaxınları “medonline.az“a məlumat veriblər.
6 nəfərlik qrup Elçin Rüstəmovla yanaşı, atası Allahverdi Rüstəmova da xəsarət yetiriblər. Hadisədən sonra Elçin Rüstəmov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ağır kəllə-beyin travması diaqnozu qoyulub. Bundan sonra o, Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndərilib.
Yaxınları deyiblər ki, Elçinin vəziyyəti olduqca ağırdır: “Nitqi tutulub, yaddaşı yerində deyil, heç kəsi tanımır”.
Onların sözlərinə görə, hadisəni törədən şəxslər deputat Musa Qasımlının əmisi uşaqlarıdır. Həmin şəxslər isə Biləsuvarın Muğankənd kəndində yaşayan Abdulla Cəfərov, Xəyal Cəfərov (el arasında Xəlil deyə çağrılır), İbrahim və Əlövsət Hətəmov qardaşları, həmçinin Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin zabiti, kapitan Ayaz Cəfərov, Aqil Cəfərovdur.
Hadisə avqustun 9-u axşam saat 21-00 radələrində baş verib və indiyə qədər Elçin Rüstəmov hələ də reanimasiya şöbəsindədir.
Zərəçəkmişlər hadisə barədə Daxili İşlər Nazirliyinin “102” Xidmətinə də məlumat veriblər.
Elçin Rüstəmov
“Allahverdi müəllim, övladları Xalid və Elçinlə birgə pay torpağını suvarmaq üçün əkin sahəsinə gəlib. Bu zaman yuxarıda adları qeyd olunan şəxslər də orda peyda olurlar. Abdulla Cəfərov deyir ki, biz suvarmanı bitirməmiş imkan verməyəcəyik ki, siz torpağınızı suvarasınız. Allahverdi Rüstəmov oğlu Xalidlə birgə söz-söhbət olmasın deyə evlərinə getmək istəyərkən Abdulla mübahisəni davam etdirir. Bu zaman Aqil Elçinin boyun nahiyəsinə möhkəm zərbə endirir. Bir neçə dəfə cərrahi əməliyyata məruz qalmış Allahverdi müəllim və oğlu Xalid Elçinə kömək etməyə çalışırlar. Amma qarşı tərəf Elçini maşından düşürüb su kanalına atırlar. Burada bizi ən çox təəccübləndirən Müdafiə Nazirliyinin hərbi qulluqçusu Ayaz Cəfərovun qeyri-qanuni hərəkətləridir. Xalid müəllim Ayazı görəndə elə bilir ki, qarşıdurmanın qarşısı alınacaq. Əksinə Ayaz deyir ki, avtomobilin işıqlarını söndürün, sonra zərbə vurun və özü də Xalidgilə zor tətbiq edir”, – Elçin Rüstəmovun yaxınları belə deyir.
Onlar deyiblər ki, indiyə qədər Abdulla, Xəyal, Aqil və Ayaz Cəfərovlar (hamısı əmioğludur), həmçinin Əlövsət və İbrahim Hətəmovlarla heç bir vaxt ədavətləri olmayıb: “Onların nəyə görə bu cür amansız davrandıqlarından da məlumatsızıq. Biləsuvar Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi açılıb. Elçin Rüstəmov Bakıda müalicə olunur. Tibbi ekspertizanın nəticələri də məlumdur. Həkimlərin dediyinə görə, E. Rüstəmov qapalı kəllə-beyin travması, baş-beynin əzilməsi diaqnozu qoyulub. Maddi imkanları daha çox olan Qəmbər Cəfərov, onun oğlu Aqil, digər yaxın qohumları özlərini Muğankəndin “qoçuları” adlandırırlar. Əminik ki, aidiyyəti dövlət orqanlarının rəhbərləri bu özbaşınalığın qarşısını vaxtında alacaqlar”.
Məsələ ilə bağlı deputat Musa Qasımlı ilə əlaqə saxlamaq mümkün olmayıb.
Biləsuvar Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər və hadisə ilə bağlı cinayət işinin açıldığı bildirilib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=166018

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930