Prezident Administrasiyasında vəzifə alan Ilqar Süleymanovun qaranlıq keçmişi

16.08.2021 - 12:23

Azərbaycan Prezident Administrasiyasında yeni təyinat olub. İlqar Süleymanov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində kurator vəzifəsinə təyin edilib.
Qeyd edək ki, İ.Süleymanov son təyinatdan əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini vəzifəsini tuturdu. Cumhuriyyet.az bildirir ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ötən ilin yayında Binəqədi qəsəbələrinin sanitar vəziyyəti, əhalini narahat edən problemlər və məişət tullantılarının vaxtında daşınması məsələləri ilə bağlı nöqsanlar aşkar etmişdi. Məsələ ilə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da tanış olmuşdu və həmin tarixdəki açıqlamaya görə, aşkar edilən çatışmazlıqlar yerində müzakirə edilərək Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanova, rayon təsərrüfatı şöbəsinin müdiri Azər Kərimova və Xocasən qəsəbəsi üzrə nümayəndəsi Əlikram Haqverdiyevə töhmət verilmişdi.
Onu da bildirək ki, hələ X.İsgəndərovun dönəmində rayon ərazisində həyata keçirilən söküntü işlərinin “ilhamvericisi” kimi tanınan İ.Süleymanov, həm də rayon ərazisindəki ən gözəgəlimləi torpaq sahələrinin mənimsnilməsi və satışı işinə baxan şəxs kimi ad qazanmışdır. Təsadüfi deyildir ki, bəzi mətbuat orqanlarında onun Binəqədidəki məşhur “Zeytunluq” ərazisində xeyli miqdarda torpaq sahəsini ələ keçirməsi ilə bağlı məlumatlar yer almışdır. Bu günlər də isə redaksiyamıza başçı müavini ilə bağlı daha bir neçə informasiya daxil olub ki, onların bəzisini oxucuların diqqətinə çatdırırıq.
İlqar Süleymanovun bələdiyyələrə göstərdiyi “atalıq qayğısı”
Redaksiyamıza daxil olan məlumata görə, icra başçısının I müavini kimi önəmli bir posta sahib olan İ.Süleymanovun fəaliyyəti əsasən bir neçə yöndə özünü daha ciddi büruzə verir ki, bunlardan da biri bələdiyyələrlə bağlıdır. Belə ki, cumhuriyyet.az-a danışan mənbə bildirir ki, İ.Süleymanov əsasən Binəqədi və Xocasən bələdiyyələrinin əsas himayədarı kimi tanınır. İcra başçısının müavini vəzifəsində təmsil olunduğu gündən bu günə qədər sözün həqiqi mənasında sözügedən bələdiyyələrə atalıq qayğısı göstərən İ.Süleymanov, zaman-zaman onların fəaliyyətinə də yön verir, bu fəaliyyəti mütəmadi şəkildə redaktə və korrektələr həyata keçirir. Şübhəsiz, İ.Süleymanovun “torpaq işi”nə baxan bələdiyyələrə bu qədər yaxınlığı onun torpağa olan “sevgisindən” irəli gəlir. Mənbənin sözlərinə görə, bələdiyyələrə göstərdiyi himayədarlıq fonunda bələdiyyə sərəncamındakı torpaq sahələrindən də “zəhmət haqı” əldə edən başçı müavini bu gün də bu sahədə eyni canfəşanlıqla fəaliyyət göstərməkdədir.
Başçı müavini hamını “heç nədən” necə torpaq mülkiyyətçisi edib?
İ.Süleymanovun “xeyirxah” cəhətlərindən biri də onun torpaq sahibi olmaq istəyən heç kimin təklifinə “yox” deməməsidir. Bəli, nə qədər inanılmaz olsa da, başçı müavini imkan daxilində hər kəsi mülkiyyət shaibi etməyə çalışır. Bu səbəblə də bütün “münasib” şəxslərin xahiş və istəyini nəzərə alan İ.Süleymanov, onların hər birinə rayon ərazisindəki torpaq sahələrindən səxavətlə pay verir. Lakin sənəd üzərində və ya şifahi razılıq əsasında reallaşdırılan bu “xeyirxah iş” qısa müddətdən sonra öz yerini böyük məyusluqla əvəzləyir. Belə ki, bəlli bir müddətdən sonra bəlli olur ki, başçı müavini bir neçə ailənin səadətini eyni torpaq sahəsinə sığışdırmağa çalışıb. Başqa sözlə desək, bir torpağın bir çox sahibi mövcuddur. Bu isə təbii ki, sadəcə icra hakimiyyəti ilə vətəndaşlar arasında deyil, həm də vətəndaşların öz arasında ciddi narazılıq və qarşıdurmaya səbəb olur. Və sonda olan yenə də hamını “heç nədən” torpaq mülkiyyətçisi edən İ.Süleymanova deyil, sıradan vətəndaşlara olur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=166036

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031