20 saylı məktəbdə nazirə sabotaj: Rəfiqələrin oyunu

05.10.2021 - 10:50

Bu gün müəllimlər günüdür. Təhsilin millətin gələcəyini düşünərək müəllim peşəsini ən uca, dövlət üçün gərəkli bir məqam sayırıq. Ancaq təəssüflər olsun ki,bu sahədə ciddi problemlər hələ də qalmaqdadır. Bir zamanlar təkcə paytaxtın deyil, bütün ölkənin aparıcı təhsil ocaqlarından biri olan 20 saylı məktəb bu gün bir qrupun şəxsi maraqlarının girovuna çevrilib. Təəssüf ki, məktəb haqqında xoş sözləri məhz “bir zamanlar” təqdimatı ilə vermək məcburiyyətindəyik. Çünki, hazırda burada baş verənlərin təhsil adına heç bir aidiyyatı yoxdur. Belə ki, məktəb rəsmən Təhsil nazirliyinə tabe olsa da əslində nazirlikdə yarıtmaz fəaliyyətinə görə tutduğu vəzifədən uzaqlaşdırılan Məhəbbət Vəliyeva və onun yaxın qohumu və rəfiqəsi olan Esmira Ağayeva tərəfindən şəxsi müəssisə  kimi idarə olunur.
Diqqətli oxucuların nəzərinə cumhuriuyet.az olaraq çatdıraq ki, Təhsil nazirinin müavini olarkən paytaxtın bir çox məktəblərinə öz yaxınlarını direktor təyin etdirən M.Vəliyeva bu yolla öz hegamon mövqelərini qoruyub saxlayır. Z.Əliyeva adına liseyi ailə müəssisəsinə çevirən xanım Vəliyeva digər məktəbləri də nəzarətində saxlayır. Eyni mərkəzdən idarə olunan bu məktəblərdə son illər təhsil sistemində müşahidə olunan müsbət dinamikadan əsər-əlamət yoxdur. Hələ də köhnə qaydalarla idarə olunan bu təhsil ocaqları “portfelsiz nazir”in kurasiyasında qalmaqdadır.
Maraqlı odur ki, təhsil nazirliyi və bu sahəyə cavabdeh olan digər şəxslər hələ də M.Vəliyevanın əməllərinə göz yumur, sanki onun hegamon mövqeyi ilə razılaşırlar. Sual olunur ki, əgər xanım Vəliyeva təhsil sistemi üçün bu qədər əvəzolunmaz şəxs idisə, nədən vəzifəsindən azad olunurdu? Yox əgər öz işinin öhdəsindən doğru-düzgün gəlməyi bacarmayan biri idisə nə üçün indiyə qədər Bakı məktəblərində onun şəbəkəsi hələ də iş başındadır? Aldığımız məlumatlara görə,  M.Vəliyeva hal-hazırda Təhsildə İnnovativ Texnologiyalar Mərkəzində işləyir. Onun paytaxt məktəblərində kadrları vasitəsilə həyata keçirdiyi “innovativ texnologiyalar”ın bir neçəsini diqqətinizə çatdıraq qərarı siz özünüz verin.
Yuxarıda qısaca olaraq bəhs etdiyimiz 20 saylı məktəb E.Ağayevanın səs-küylü direktor təyinatından sonra narazılıqların səngimədiyi, tənqid hədəfindən düşməyən bir təhsil ocağına çevrilib. M.Vəliyevanın rəfiqəsi vasitəsilə burada tətbiq etdiyi innovativ texnologiyalardan sonra birinci siniflərə qəbul zamanı yol verilən maxinasiyalar yəqin ki, pedaqogika dərsliklərinə salınacaq. Ali məktəbə qəbuldan çətin olan bu proses zamanı valideyinlər nə qədər “zülüm” çəkirlər bir özləri bilir, bir də direktor. Müəllimlər günü ərəfəsində start verilən  “mübarəkdarlıq”  isə dünya təhsilinin innovativ texnologiyalarında hələ ki, patent almasa da bəlli çevrədə geniş tətbiq edilir.
Esmira Ağayevanın məktəbi gözəgörünməz qüvvə tərəfindən idarə olunduğu kimi burada bir xeyli “görünməz işçilər” də “fəaliyyət göstərir”. Çünki onların adına maaş yazılmasına, kartlarının direktorun seyfində olmasına baxmayaraq üzlərini hələ ki, görən olmayıb.
Bu günlərdə 20 saylı məktəbdə baş verən “növbə davası” barədə hətta millət vəkilləri belə dilə gəldi. Bununla bağlı cumhuriuyet.az-a daxil olan məlumata görə Valideynlər kütləvi narazılığa səbəb olan bu “növbə davası” barədə ölkə rəhbərliyinə müraciət ünvanlamağa hazırlaşırlar. Bu davadan yeganə qazanan tərəf isə məktəb rəhbərliyi-şəxsən Esmira Ağayevadır. Belə ki, məktəbdə sinif çatışmazlığından yaranan bu problemi yaradan elə direktorun özüdür. Məktəbdə sinif otaqlarının azlığına baxmayaraq Təhsil nazirliyinin xüsusi layihələrini-rəqəmsal bacarıqlar və STEAMı ibtidai siniflərdən başlayaraq tətbiq etməklə mövcud problem süni olaraq yaradılıb. Belə ki, həm müəllimlərin sayı çoxalır, siniflər bölünür, həm də “növbə davası”nın həlli üçün valideynlər hərəkətə keçirlər. Çünki məktəbdə şagirdlərin ikinci növbəyə salınmaması üçün mütləq “birinci növbəli məsələləri” həll etmək lazım olur. Bu isə heç də siz düşündüyünüz qədər ucuza başa gəlmir.
Həmçinin mənbənin cumhuriuyet.az-a bildirdiyinə görə məktəbdə dərs saatlarının bölünməsində “xüsusi şərtlərin” mövcud olması barəsində də kifayət qədər məlumatlar var.
Beləliklə 20 saylı məktəbdə baş verənlərin səsi-sorağı artıq yaxınlığında yerləşən Milli Məclisə qədər gedib çıxıb. Nədənsə bunu eşitməli olanlar hələ ki, susqunluqlarını qoruyub saxlayırlar. Bəlkə də bu tufanqabağı sakitlikdir…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167327

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031