Rövşən Rzayevin 700 minlik müqaviləsi – “Qaçqınkom” zəruri olmayan təmir işləri

28.03.2022 - 15:14

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu ilin ilk 3 ayı ərzində toplam maliyyə dəyəri 772 384.68 AZN olan 6 satınalma müqaviləsi imzalayıb.
Reportyor.info xəbər verir ki, müqavilələrdə Qaradağ rayonu Müşfiqabad qəsəbəsində salınmış məcburi köçkün şəhərciyində binaların fasad üzlük daşları və dam örtüklərinin təmiri (139583.73 AZN), dəftərxana ləvazimatları (18267.58 AZN), məcburi köçkün qəsəbələrində deratizasiya, dezinseksiya və dezinfeksiya işləri (48749.52 AZN), məcburi köçkünlər üçün salınmış qəsəbələrdə 98 ədəd liftlərə texniki xidmətin göstərilməsi (98525.28 AZN), məcburi köçkünlər üçün salınmış qəsəbələrdə 172 ədəd liftlərə texniki xidmətin göstərilməsi (176230.57 AZN) və Qəbələ rayonunda yerləşən məcburi köçkün qəsəbəsində istilik qazanxanasının təmiri (29102.8 AZN) nəzərdə tutulur.
Müqavilələr müvafiq olaraq aşağıdakı şirkətlərlə bağlanıb:
“TUNEL-METRO İNŞAAT ” MMC
“GREY GROUP” MMC
“FUAD-KİMYA SERVİS” MMC
“AZƏRLİFT SERVİS” MMC
“REAL-3” Müəssisəsi
“ŞIRVAN-2018” MMC
Diqqətçəkən daha çox təmir işləri ilə bağlı satınalma müqavilələridir. Müqavilənin şərtlərindən görünür ki, söhbət əsaslı təmirdən getmir. Bu zaman ortaya sual çıxır: Görəsən, komitə işğaldan azad olunmuş ərazilərdə abadlıq-quruculuq işlərinin getdiyi və məcburi köçkünlərin yaxın zamanlarda yurd-yuvalarına köçürüləcəyi bir vaxtda zərurət hesab olunmayan təmir işlərinə maraq göstərir? Yəni, tutaq ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı hansısa binanın fasadının təmiri hansı zərurətdən doğur? Əlbəttə biz məcburi köşkünlərin məskunlaşdığı binaların və digər yaşayış yerlərinin təmirinin əleyhinə deyilik. Sadəcə söhbət zərurət olmadan aparılan təmir işlərindən gedir.
Müqavilənin maliyyə dəyərindən və şərtlərindən də aydın görünür ki, bu təmir növbətçi xarakter daşıyır və büdcə vəsaitlərinin səmərəsiz xərclənməsi barədə şübhələrə səbəb olur. Biz hələ demirik ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçirdiyi satınalma müsabiqələri ilə bağlı mediada xeyli sayda tənqidi yazılar tirajlanıb. Həmin materiallardan aydın olur ki, komitə bir çox hallarda şübhəli şirkətlərlə müqavilə bağlayır. Bu baxımdan, komitənin bu müqavilələri imzaladığı şirkətlərlə bağlı da araşdırma aparırıq. Araşdırmalarımız bitdikdən sonra oxuculara təqdim edəcəyik.
Reportyor.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=172238

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930