ELDAR ƏZİZOV VÜSAL KƏRİMLİNİ BİTİRİR, YERİNƏ AYAZ HÜSEYNOV HAZIRLANIR

18.04.2022 - 14:34

Bakı Nəqliyyat Agentliyi (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli qurumun Bakı şəhər cra Hakimiyyətini tabeliyinə verilməsindən sonra xeyli narazı qalıb. V.Kərimlinin qeyri-rəsmi kluarlarda gedən müzakirələrdə bu qərarın onlara mənfi təsir etdiyini açıqlayıb.

TİA.Az-a daxil olan məlumata görə, hətta V.Kərimli BŞİH rəhbəri Eldar Əzizovun BNA-nı tam inhisarına götürdüyünü və getdikcə ona fəaliyyət göstərməyə imkan vermədiyini qeyri-rəsmi söhbətlərdə deyərək giley-güzar edib.

Artıq E.Əzizov BNA üzrə nümayəndə təyin edib. Belə ki, Əzizovun müvafiq əmri ilə müvəqqəti olaraq Ayaz Məhəmməd oğlu Hüseynov BNA-ya kurator təyin olunub. Bu əmrdən sonra A.Hüseynovun qurumu ələ keçirəcəyi gözləntiləri var.

Bu məsələdən duyuq düşən Vüsal Kərimli mərhələli şəkildə BNA rəhbərliyindən uzaqlaşdırılacağını anlayıb. E.Əzizov artıq düyməni basıb və V.Kərimlini kənarlaşdırmaq, A.Hüseynovu başa gətirmək prosesi başladılıb. Məlumata görə, kurator A.Hüseynov sədr postuna hazırlanır, etimadı doğrultmayan, dövlətin və prezidentin gözündən düşən BNA rəhbəri V.Kərimli bitirilir.

Bu arada dövlət büdcəsindən ən çox vəsait qurumlardan biri olsa da, ziyanla işləyir. 2021-ci il yanvarın 1-nə Bakı Şəhər İcra Hakimiyyəti yanında BNA vergi öhdəlikləri 2,008 milyon manat təşkil edib. Qurum 2018, 2019 və 2020-ci illəri də zərərlə başa vurub. BNA-nın 2019-cu il yanvarın 1-nə aktivləri 139,699 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,5 dəfə çoxdur. Hesabat dövründə Agentliyin 83 min manatlıq öhdəlikləri formalaşıb, balans kapitalı isə 2,5 dəfə artaraq 139,616 milyon manata çatıb, o cümlədən 49,068 milyon manatlıq nizamnamə kapitalı formalaşıb, ona dövlət xətti ilə qoyulmuş investisiyalar isə təxminən 2 dəfə artaraq 134,73 milyon manat olub.

BNA 2018-ci ili isə 32,156 milyon manat zərərlə başa vurub. Bununla da, Agentliyin yığılmış zərəri 3,7 dəfə artaraq 44,182 milyon manata çatıb. Sənədə əsasən, həmin il BNA cəmi 68 min manat əməliyyat gəliri əldə edib.

Agentliyin xərcləri isə 32,224 milyon manat, o cümlədən əmək haqqı və işçilərlə bağlı digər xərcləri 1,659 milyon manat, amortizasiya xərcləri 8,132 milyon manat, əməliyyat xərcləri 16,416 milyon manat, digər xərcləri isə 6,019 milyon manat təşkil edib. BNA təkcə 2021-2022-ci illərdə satınalımalara 14 960 810 manat xərcləyib.

Mediada BNA-nın keçirdiyi tenderlər barədə neqativ tonlu materiallar kifayət qədərdir. Təkcə bir satınalma müqaviləsini nümunə göstərmək kifayət edir ki, qurumun fəaliyyəti barədə təsəvvür yaransın.

Məsələn, 2020-ci ildə BNA “Alpina Parking Consulting” MMC şirkəti ilə satınalma müqaviləsi imzalayıb. Müqavilənin maliyyə dəyəri 2 milyon 100 AZN-dir. Müqavilənin şərtlərindən aydın olur ki, şirkət quruma parkinq məsələsini həll etmək üçün məsləhət verib. Qurumun bu addımı o zaman ictimai müzakirələrə səbəb olmuşdu. Bu məsələni isə ilk olaraq iqtisadçı ekspert Natiq Cəfərli gündəmə gətirmişdi. “Bu il Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən tender keçirilib, müsabiqənin qalibi “Alpina Parking Consulting” MMC şirkəti olub. Bilirsiz, bu şirkət BNA üçün nə edəcək?! Yox-yox, nə yol rəngləyəcək, nə avtobus yuyub-dezinfeksiya edəcək, nə də avtobusların təkərinə hava vuracaq – Şirkət BNA-ya məsləhət verəcək ki, şəhərdə parking məsələsini necə həll etsin.

Deyəsən, çox ağır məsləhətlər olacaq. Elmlərdə 20 ildi “parkovka” işinə baxan Həmid dayıya 100 manat versələr, bütün məsələnin kökünü, problemlərin həll yolunu BNA-ya 35 dəqiqəyə (daha tez edərdi e, sadəcə BNA tez anlamaz) izah edər”, – deyə ekspert bildirmişdi. Beləliklə, BNA büdcə pullarını bu sayaq göyə sovurur və hər ili zərərlə başa vurur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=173740

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031