Ramin Qluzadənin komandası Azərbaycan Nəşriyyatını necə dağıdır?

12.07.2022 - 17:16

Prezident İlham Əliyevin 26 yanvar 2021-ci il tarixdə imzaladığı Sərəncam əsasında, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsinə təyin olunan   Ramin Namiq oğlu Quluzadənin komandası  sabiq köməkçi Əli Həsənova məxsus komandadan fərqli olaraq, xeyli vaxtdır “Azərbaycan” nəşriyyatını sözün həqiqi mənasında  dağıtmaqla məşğuldurlar.
Bir vaxtlar cumhuriyyet.az saytında “Əli Həsənov “Azərbaycan” Nəşriyyatının “dalını dağıdır” başlıqlı məqalələr dərc olunanda, ölkəmizin əksər yüksək çinli məmurlarının cürəti çatmırdı ki, bu haqda nəsə desin. Görünən o oldu ki, Əli Həsənov dövlət büdcəsini geninə-boluna talayıb dağıtdı və əl-qolunu yanına salıb rahatlıqla da çıxıb getdi. Ötən illərdə “Azərmarka” MMC-ni “bankrot” edən və xeyli müddət öncə “Azərbaycan” nəşriyyatına “direktorfason” vəzifəyə təyinat alan Leyla xanım Gülalıyevanın özü ilə gətirdiyi komandanın maaş cədvəlində isə, bu gün dövlət büdcəsinin fantastik formada talanması barədə milletinsesi.az yazır, Əvəz Zeynallı haray çəkir, buna baxmayaraq hökumətin siyasi rəhbərliyndə olanların səs-sorağı eeşidilmir.
Necə ola bilər ki, 9.500 (1500 əmək haqqı, əlabə 8000 manar olmaqla, doqquz min beş yüz) əmək haqqı alan direktor heç adi problemi də həll etmir?! Çox maraqlı haldır ki, direktor özü rəssam olduğuna görə nəşriyyatın bir mərtəbəsinin hamısını (min kv. metr genişliyə malik otaqları) rəssamlara min manat əvəzinə 300 manata, amma 15 kv.metr otağı isə jurnalistlərə 150 manata müqavilə bağlayır?!
Fəaliyyətindən aydın hiss olunur ki, xanım direktor qazanmağın qara yollarını çox yaxşı mənimsəyib. Çünki hələlik adlarını çəkmədiyimiz çəkiliş edilən və idarəetmə mərkəzləri kimi istifadə olunan studiyaların sahibləri ilə nəşriyyatın rəhbərliyi arasında gizli sövdələşmə var və az kv.metrlə müqavilə bağlayan, lakin müqavilədə göstəriləndən 5-10 dəfə böyük otaqlar zəbt etmiş xeyli icarədarlar var.
Baş verənlərlə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə ştat cədvəlində direktor Leyla Güləliyevanın vəzifə maaşı 1200 (min iki yüz) manat müəyyən edilib, amma maaşa 8.000(səkkiz min) manat əlavə edilib! Maliyyə şöbəsinin müdiri Emin Hüseynovun vəzifə maaşı 1.000(min) manat müəyyən edildiyi halda, onun maaşına 6.000(altı min) manat əlavə müəyyən edilib, niyə?!
Direktorun müşaviri vəzifəsinə təyin olunmuş Anar Mustafayevə 4.250 ( dörd min iki yüz əlli) manat, digər müşavir Şamil Səmədzadəyə 4.150 (dörd min yüz əlli) manat, müşavir vəzifəsinə təyin olunmuş Rövşən Şıxlıya 4.150(dörd min yüz əlli) manat əmək haqqı görəsən, hansı əsasla təyin olunub?!
Bir sözlə, bu gün Azərbaycan Nəşriyyatında  filin nə “dalı”, nə də ki, “qabağı” bilinir. Niyə, hələ ki, o olduqca müəmmalıdır. Nəhayət, Həsənovun “Azərbaycan” Nəşriyyatının “dalını” dağıdıb, özü üçün tikdirdiyi binanı əlindən alıb nəşriyyatın yeni rəhbərliyinə verdilər. Halbuki yeni komanda Nəşriyyatda bu müddət ərzində kənar icarə yerlərində haqq qaldırmaqdan başqa bir iş görməyib. Bundan sonra, nə dəyişəcək?

  • Adminstrasiyadan Nəşriyyata 2(iki) min manat artıq maaşa transfer olunan ağşalvarlı fiqur kimdir?
  • Köhnə komandanın qovulub yenilərin işə götürülməsinin gizli məqamları və yüksək maaşlar
  • Azərbaycan Nəşriyyatına ayrılan pulların müəmmalı xərclənməsi…
    … Bu və digər məsələlər haqda növbəti yazımızda…
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=178390

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031