Kürdəmirdə xanım direktorun nazir otağınadək uzanan yolu…

26.10.2022 - 09:54

Kürdəmir rayon E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbi ilə bağlı yazı dərc etmişdik. “Kürdəmir təhsilində Rəfail Məmmədov-Ülkər Quliyeva əməlləri: əlbir olub…” başlıqlı bu yazımızda sözügedən məktəbdə baş verən özbaşınalıq və təhsil şöbəsinin laqeyidliyindən bəhs etmişdik.
Qeyd edək ki,  məktəbin direktor əvəzləyicisi Ülkər Quliyeva həmin vəzifəyə təyin olunandan şikayətlər səngimir. Bununla bağlı cumhuriyyet.az olaraq aparddığımız araşdırma zamanı məlum oldu ki, müxtəlif insanlar sosial şəbəkələrdə xanım direktorun yarıtmaz idarəçiliyi barədə tənqidi çıxışlar ediblər.
Belə ki, Vətən müharibəsi döyüşçüsü, qazi Sərxan Abbasəliyev öz şəxsi facebook səhifəsində 20 sentyabr 2022-ci il tarixli paylaşımında yazır:
“Qeyd edim ki, E.Zülfüqarov adına Şilyan kənd orta məkəbinin direktoru vəzifəsini icra edən Ülkər Quliyeva bu vəzifəni icra etməmişdən öncə həmin məktəbdə müəllimə işləyib və həmin zaman məktəbin direktoru onun həyat yoldaşı Anar müəllim olub. Aldığım məlumatlara görə Anar müəllimin dövründə məktəbdə rüşvət hallarının yaranması ilə bağlı onu direktor vəzifəsindən azad ediblər. Lakin daha sonra onun yerinə həyat yoldaşı Ülkər xanım gəlib”.
Buradan da məlum olduğu kimi , E.Zülfüqarov adına Şilyan kənd orta məkəbi “ailə podratı” formasında idarə olunur, çünki Ülkər xanımın həyat yoldaşı və eks direktor olan Anar Quiyev hələ də qadın müəllimlərin üstünə qışqırmaq, iclasda odlu-alovlu çıxış edib asıb-kəsmək, “dövlətçiliyə qarşı çıxırsız” deyə, müəllimləri hədələmək, valideynləri müəllimlərin üstünə qaldırmaq və. s. işlərlə məşğuldur.
Bəlkə bu xanım direktor və onun həyat yoldaşı olan eks direktor özlərini kral və kraliça hesab edirlər və onlara itəat etməyənlər “dövlətçiliyə qarşı çıxmış” hesab olunur? Bəlkə elə bu məntiqlə keçən tədris ilində təhsil ocağına müəllimlərin gözünün odunu almaq məqsədilə dəfələrlə sahə müvəkkili çağırıblar? Bəlkə yarıtmaz idarəçiliklərini gizlətmək üçün mühafizə qoşunu da istəsinlər?
Onlara bu səlahiyyəti kim verib sualına cavab olaraq isə cumhuriyyet.az Təhsil forumu- 2022 facebook səhifəsinin 25 oktyabr 2022-ci il paylaşımında diqqətə çatdırır: “Kürdəmir rayonu Elxan Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində yeni vəzifə var imiş. “Direktorun əri” vəzifəsi. Məktəbi direktor yox, “Direktorun əri” idarə edir. Görəsən bu məlumatdan Kürdəmir rayon Təhsil sektorunun müdiri Rəfail Məmmədov, Mərkəzi Aran regional təhsil idarəsinin müdiri Elçin Kərimov və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi – nin xəbəri varmı?”
Təhsil forumu-2022-nin ünvanlıdığı bu suala cavab olaraq  araşdırma apardıq və aydınlaşdırdıq ki, bu məktəbdəki yarıtmaz idarəçilikdən nəinki KRTS sədri Rəfail Məmmədova, eləcə də, Mərkəzi Aran regional təhsil idarəsinin müdiri Elçin Kərimova dəfələrlə şikayət olunub. Hətta keçən tədris ilində bir məktəbin bir müəllimi Kürdəmir Rayon Prokurorluğuna və Bakı Baş Prokurorluğuna məktub yazaraq məktəb rəhbərliyindən şikayət edib. Səbəb isə olub ki, “direktorun əri” vəzifəsini icra edən Anar müəllim gəlmə müəllimələrin birini “mənim arxamda on minlik camaatım var” deyə təhqir və təhdid edib. ( Bundan xəbər tutan kənd camaatı müəlliməni müdafiə etmək məqsədilə məktəbin həyətinə axışıb). Müəllimənin halı pisləşib və elə məktəbdəcə huşunu itirib. Məktəbdə olub müəlliməni təhdid edən sahə müvəkkili polisə verdiyi izahatında oraya Anar müəllimin çağırışıyla getdiyini bildirib.Uzun çək-çevirdən sonra araya ağsaqqal qismində Anar müəlimin babası girərək barışığı təmin edib. Anar müəllim sözügedən müəllimədən üzr istəyib. Ülkər xanım isə bir daha belə halların olmayacağına söz verib.
Lakin elə tədris ili başlayar-başlamaz məktəbdə dramatik anlar təkrarlanmağa başlayıb. Bu dəfə hədəf-sağlamlığına qəsd edilən başqa müəllimə olub. Sahə müvəkkilini isə “press” geyimli qoçu əvəz edib. Maraqlıdır ki, bu şəxs də “Media.az” saytına verdiyi müsahibədə oraya özbaşına getmədiyini qeyd edib.
Hörmətli, Ülkər Quliyeva, əgər həmin qondarma jurnalisti məktəbə siz çağırmamışdınızsa, niyə heç bir sənəd tələb etmədiniz? Bu şəxs uşaqların içinə sızmış terrorçu, uşaq oğrusu , hər hansı təhlükəli qruplaşma nümayəndəsi olsaydı nə cavab verəcəkdiniz?
Xanım direktor, məktəb təhsil ocağıdır, ərini müəllimələrin üstünə çığırtıdırıb “qələbə qazanmaq”, öz eqosunu bəsləmək və bunun üçün hər cür üsuldan istifadə etmək meydanı deyil.
Bir kənd məktəbi üçün qısa zaman kəsiyində bu qədər olay həddindən artıq çox deyilmi?
Hörmətli Rəfail müəllim, icazə verin şübhələnək, niyə bu qədər özbaşınalığa göz yumursunuz? Doğrudanmı ölkədə bu qədər kadr qıtlığı var?

Mərkəzi Aran Regional Təhsil İdarəsinin  rəhbəri Elçin Kərimovun bu olaylara susqunluğu da müəyyən suallar yaradır. Yeri gəlmişkən, cumhuriyyet.az-a daxil olan məlumata görə E.Kərimov təhsil naziri Emin Əmrullayevin nazirlikdə işləyən zamanlarda iş yoldaşı olub və uzun illərdir dostluqları var. Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon təhsil şöbələrinin əsasında yaradılıb.Maraqlısı odur ki,Regional Təhsil İdarəsi yaransa da həmin rayonların keçmiş təhsil şöbəsinin müdirləri işlərini davam etdirir.Xüsusi razılaşma əsasında işlər idarə olunur. Deyilənlərə görə,Rafael Məmmədov tez-tez  Elçin Kərimova qiymətli hədiyyələr verir,təmtəraqlı qonaqlıqlar təşkil edir.Bu kimi hallar onların birlikdə işlər gördüklərini düşünməyə zəmin yaradır.Təyinatlara birbaşa Elçin Kərimov nəzarət edir.Elçin Kərimovun otağına gedən yol onun köməkçisi Cavad müəllimdən keçir.Bəzi işləri görmək üçün Cavad müəllimi razı salmaq kifayətdir. Göründüyü kimi bir kənd məktəbi direktoru rayon Təhsil sektorunun müdirini, o regional idarənin rəhbərini, o da təhsil nazirini rahat əldə saxlaya bilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=184091

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031