Dəmir yollarını paslandıran kadr siyasəti: Ümidlər yeni rəhbərədir

08.11.2022 - 12:17

May ayının əvvəllərində Prezident İlham Əliyevin sərəncamına əsasən, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə rəhbərlik sədr müavini Hicran Valehova tapşırıldı. Ötən müddət ərzində dəmir yolu ilə bağlı çox böyük inkişafın şahidi olmadıq. Dəmir yolunun şaxələnməsi, yeni dəmir yolu xətlərinin çəkilməsi, eyni zamanda Bakı kəndlərində işləyən elektrik qatarları ilə bağlı elə də irəliləyiş görmədik. Əksinə, dəmir yolunda gediş haqqının artmasının şahidi olduq. Sürət qatarı adı ilə formal qatarların xəttə buraxılmasının şahidi olduq. Nəinki əhali, hətta dəmiryolunun öz işçiləri belə əmək haqqının ödənilməməsi, işçilərin hüquqlarının pozulması və digər neqativ hallara görə qurumun fəaliyyətindən narazıdırlar. Hər bir halda narazılıq çox böyükdür və bunun əsas problemi kadr siyasətindədir. “Azərbaycan Dəmir Yolları” QSC-də əvvəldən bir mafiya formalaşıb. Bunu bilməyən yoxdur. Dövlətin rəhbərliyi əgər maraqlıdırsa, bunu təftiş edə bilər. Mafiyadan olmayanlar isə rəsmən sıxışdırılır, ya da aşağı vəzifələrə keçirilir. Bütün “GƏLİRLİ YERLƏR” məlum qrupun kadrlarının əlindədir. Təsadüfi kimsənin orda olması imkansızdır. Tenderləri də onlar “qazanır”. Bunu bir durduran, yoxlayan yoxdur və təəssüf ki ötən aylarda da bu proses davam etdirilib.
“Azərbaycan Dəmir Yollar” Qapalı Səhmdar Cəmiyyətinin insan resursları siyasəti zəruri kadr resurslarının formalaşdırılması, effektiv idarə edilməsinin həyata keçirilməsi və kadrların səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə hazırlanmır, əksinə insan resurslarının idarə edilməsinə cavabdeh olan struktur bölməsi bu Siyasətdən irəli gələn məsələləri şəxsi maraqlar prizmasından həll edir. Məsələn, sözü gedən qurumun mətbuat xidmətinə peşəkar kadırlar cəlb olunmağ əvəzinə” Çuda Peçka” Kulinariya işçilərin sözü gedən quruma iş başına gətirdilər hətta bu yaxınlarda nazir müşavirinin sözü gedən qurumu yoxlanılma zamanı mətbuat şöbəsinin işçisinə bundan öncə harada işləmisiz sualına birinin çudapeçkada digərinin kulnarıyada cavabı gülüşə səbəb olmuşdu.
H.Valehov dəmir yolunda idarəetməni təşkil edə bilmədi, hətta sistem daxilində bir “qruplaşma” yaratdl, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətini taleyin ümidinə buraxdı,iqtisadiyyatımızın “şah damarı” olan dəmir yolunda köklü bir islahat apara bilmədi. Cavid müəllim Azərbaycan Respublikasının Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsindən sonra sistemdə hərc-mərclik, özbaşınalıq hökm sürməkdə davam etdi.
Ancaq bütün bunlara baxmayaraq, baş dəmiryolçu olmaq iddiasından bir qarış da olsun geri çəkilmək istəmədi bu mafiya. Sədr vəzifəsini icra edən Hicran Valehov hesab edirdi ki, sözün hər mənasında sədr olmaq yolunda digər adları hallanan namizədlər ona ciddi maneədir. Ona görə də Hicran Valehov bütün resurslarını işə salaraq digər namizədləri zərərsizləşdirməyə cəhd etdi. Lakin bəlkə də ona elə gəlirdi ki, işdəycələrindən yuxarı rəhbərliyin xəbəri yoxdur və çox keçmədən sədr vəzifəsinə birdəfəlik təyinat alacaq. Amma yox, bir neçə gün əvvəl dövlət başçısının Sərəncamı ilə Rövşən Mürvət oğlu Rüstəmov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edildi. İnanmaq istəyirik ki, tezliklə Hicran Valehovun yaratmış olduğu qruplaşma da dağılacaq və ondan müvəqqəti rəhbərliyi dövründə qol qoyduğu qanunsuzluqlara görə hesabat tələb olunacaq. Bu gün son aylar ərzində yarıtmaz kadr siyasəti nəticəsində pasla örtülən Azərbaycan Dəmir Yolları QSC-də gənc kadrların komanda birliyinə ehtiyac var.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=184520

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031