Vüsal Kərimli dövlətin milyonların kimə yedirdir: qalmaqalı şirkət və məhkəmə işi

21.11.2022 - 15:10

Bakıdakı dayanacaq pavilyonlarındakı çatışmazlıqların aradan qaldırılacağı, bəzi dayanacaqların sökülməsi və yenilərinin alınıb quraşdırılması planlaşdırılır.Bakı Nəqliyyat Agentliyi balansında olan dayanacaq pavilyonlarında mövcud olan çatışmazlıqların aradan qaldırılması məqsədilə lazım olan mal, iş və xidmətlərin satın alınması; mövcud bəzi dayanacaqların sökülməsi və quraşdırılması işlərinin satın alınması; habelə, yeni dayanacaq pavilyonlarının satın alınması və quraşdırılması ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.
Bununla bağlı cumhuriyyet.az olaraq əldə etdiyimiz məlumata görə tenderin qalibi “SM Construction Supplies” MMC-dir. Bakı Nəqliyyat Agentliyi qalib şirkət ilə məbləği 2 milyon 340 min 394 manat olan müqavilə imzalayıb. 2018-ci ildə dövlət qeydiyyatına alınmış və 88,5 min manat nizamnamə kapitalı olan “SM Construction Supplies” MMC-nin qanuni təmsilçisi Ehtiram Heydərlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “SM Construction Supplies” MMC 20 avqust 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Cavadxan küçəsi, ev 70, mənzil 19-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Heydərli Ehtiram Etibar oğludur.
Məsələ ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı  MMC-ilə bağlı yalnız Koronavirusla Mübarizə Fonduna 500 AZN köçürməsi barədə məlumata rast gəldik. Şirkətin qanuni təmsilçisi Ehtiram Heydərliyə gəlincə, onun adı iki məhkəmə çəkişməsində keçir. Bunlardan biri Novruzov Azad Pərviz oğlunun avtomobilin geri alınması, digəri isə “Bank Standart”ın kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi əsasında baş tutan məhkəmə işidir. Ehtiram Heydərli hər iki işdə cavabdeh qismində çıxış edir. Birinci işdə iddia təmin edilsə də, ikincidə baxılmamış saxlanılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=185291

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031