“Azərbaycan Dəmir Yolları” QSC-də təhlükəli şəbəkə

08.12.2022 - 11:34

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti adlı qurumda narazlıq bitib-tükənmək bilmir. Cavid Qurbanovun bu quruma rəhbərlik etdiyi dönəmdə demək olar ki, sözügedən qurum bataqlığa çevrilmişdir. İşçilərin narazlığının pik həddi, uğursuz kadrların vəzifəyə təyinat alması, maliyyə vastələrinin aidiyyatı üzrə xərclənməməsi və digər bu kimi faktlar yerli KİV-də kifayət qədər ictimailəşib. Bu qurumda prezidentin sərəncamı ilə rəhbərlik dəyişikliyi müəyyən ümidlər yaradıb. Amma cumhuriyyet.az-a daxil olan məlumata görə köhnədən qalan kadrlar yenə də öz işindədir. Mənbənin bildirdiyinə görə, sözügedən qurumda ciddi şəkildə təşkilatlanmış qrup var ki, bu qrupun ən təhlükəli tərəfi FETÖ bağlantısıdır. Bu çetenin başında isə

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 15 ilə yaxındır ki, həyata keçirilən maxinasiyaları idarə edən Hicran Valehov dayanıb. Hicran Valehov uzun illərdir ki, köhnə vaqonların təzə adı ilə silinib büdcədən milyonların mənimsənilməsi, ezamiyyət xərclərinin şişirdilib ələ keçiriiməsi və digər maxinasiyaları həyata keçirib. Mənbənincumhuriyyet.az-abildirdiyinəgörə,  H.Valehovun qurumdaxili siyasətinin əsas icraçısını isə kadrlar şöbəsinin rəhbəri Tural Məmmədov həyata keçirir. Məhz Qafqaz Universitetində məlum şəbəkənin himayəsi ilə yetişən T.Məmmədovun nəzarəti altında bu gün kadr siyasətində peşəkarlıq deyil, məlum çeteyə bağlılıq əsas götürülür. Ən faciəli durum isə dövlət büdcəsinin eyni qrupun şirkətlərinə sərf edilməsini təmin edir.

Növbəti yazımızda:

– Azərbaycan Dəmir Yolları idarəsində adamlarını yerləşdirən FETO-çu kimdir?

– FETO öz kadrların quruma necə yerləşdirib?

– FETO-ya bağlı şirkətlər necə tender qazanıb?

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=186224

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728