Kürdəmir təhsilində Ülkər Quliyeva kabusu: zorlanma, bıçaqlanma və …

06.02.2023 - 12:59

Bir müddət öncə Kürdəmir rayon E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbi ilə bağlı yazılar dərc etmişdik. “Kürdəmir təhsilində Rəfail Məmmədov-Ülkər Quliyeva əməlləri: əlbir olub…”  və “Kürdəmirdə xanım direktorun nazir otağınadək uzanan yolu…” başlıqlı bu yazımızda sözügedən məktəbdə baş verən özbaşınalıq və təhsil şöbəsinin laqeyidliyindən bəhs etmişdik. Qeyd edək ki, məktəbin direktor əvəzləyicisi Ülkər Quliyeva həmin vəzifəyə təyin olunandan şikayətlər səngimir. Bununla bağlı cumhuriyyet.az olaraq aparddığımız araşdırma zamanı məlum oldu ki, Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində dəhşətli iki fakt yaşanıb. Sözügedən təhsil ocağında ötən ilin may ayında məktəbin 3 şagirdi aşağı sinifdə oxuyan məktəbliyə hücum edərək, onunla qeyri-təbii yolla cinsi əlaqədə olublar. Zərərçəkənin anası hadisə barədə məktəb direktoruna və polisə məlumat verib. Zorlanma hadisəsində şübhəli bilinən şagirdlər valideynləri ilə birgə Kürdəmir Rayon Polis Şöbəsinə çağırılsalar da məsələ hansısa səbəbdən qapadılıb.
bununla bağlı ölkə mediasında yer alan məlumata görə biabırçı olay Şilyan kənd tam orta məktəbin direktor əvəzi Ülkər Quliyeva tərəfindən ört-basdır edilib. Zərərçəkənin valideyninə övladını zorlayan 3 nəfərin məktəbdən uzaqlaşdırılacağı vədi verildiyi üçün məsələnin hüquq-mühafizə orqanlarında böyüməsinə imkan verilməyib. Mənbə bildirir ki, zorlanma hadisəsi may ayının 13-də məktəb daxilində baş verib. Bu olaydan əvvəl dəfələrlə zərərçəkənin qarşısı kəsilib və ona qarşı qeyri-etik hərəkətlər edilib. Zorlanan məktəblinin atası Dağıstanda çalışdığı üçün həmin vaxt Azərbaycanda olmayb. Ana və nənə isə şikayətçi olmamaları üçün susdurulub, ərizələrinin geri götürülməsi tələb edilib. Mənbə qeyd edib ki, sözügedən məktəbdə başqa bir olay isə bir ay əvvəl – dekabr ayında yaşanıb. Məktəbin 10-cu sinif şagirdi 11-ci sinif şagirdini 8 bıçaq zərbəsi ilə bıçaqlayıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbəri Elçin Kərimovun bu olaylara susqunluğu da müəyyən suallar yaradır. Yeri gəlmişkən, cumhuriyyet.az-a daxil olan məlumata görə E.Kərimov təhsil naziri Emin Əmrullayevin nazirlikdə işləyən zamanlarda iş yoldaşı olub və uzun illərdir dostluqları var. Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon təhsil şöbələrinin əsasında yaradılıb.Maraqlısı odur ki,Regional Təhsil İdarəsi yaransa da həmin rayonların keçmiş təhsil şöbəsinin müdirləri işlərini davam etdirir.Xüsusi razılaşma əsasında işlər idarə olunur. Deyilənlərə görə,Rafael Məmmədov tez-tez Elçin Kərimova qiymətli hədiyyələr verir,təmtəraqlı qonaqlıqlar təşkil edir.Bu kimi hallar onların birlikdə işlər gördüklərini düşünməyə zəmin yaradır.Təyinatlara birbaşa Elçin Kərimov nəzarət edir.Elçin Kərimovun otağına gedən yol onun köməkçisi Cavad müəllimdən keçir.Bəzi işləri görmək üçün Cavad müəllimi razı salmaq kifayətdir. Göründüyü kimi bir kənd məktəbi direktoru rayon Təhsil sektorunun müdirini, o regional idarənin rəhbərini, o da təhsil nazirini rahat əldə saxlaya bilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=187539

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930