Ekologiya naziri və Xəzər rayon icra başçısından prezidentə sayğısızlıq: Mərdəkanda “Yaşıl soyqırım”ı kim icra edir? – VİDEO

09.01.2024 - 11:04

Bakıda müxtəlif məkanlarda ağacların kütləvi kəsilməsi adi hal alıb. Bu ekoloji cinayətə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin susqunluğuna bu dəfə Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Salahov da şərik çıxıb. Belə ki, Xəzər rayonu Mərdəkan qəsəbəsi, Almaz İldırım küçəsində ağac qətliamı həyata keçirilir. Bununla bağlı cumhuriyyet.az olaraq  sizə ərazidəki ağacların bir müddət əvvəlki və indiki halını təqdim edirik. Göründüyü kimi çoxillik ağaclar odun kimi doğranıb və yaşıllıq məhv edilib.

Bu ərazidə hansı layihənin həyata keçiriləcəyini cumhuriyyet.az olaraq müəyyənləşdirə bilmədik. Amma fakt budur ki, Polis Akademiyasının düz qulağının dibində, Prezidentin “Yaşıl dünya naminə həmrəylik ili elan etdiyi zamanda çoxillik ağaclar odun kimi məhv edilir. Maraqlıdır ki, ərazi həm də tarixi əhəmiyyət kəsb edir. Burda Bakı neft milyonçularından birinin XIX əsrə aid mülkü yerləşir. Bu imarətlə birgə ərazi 10-12 hektarı əhatə edir və məlumata görə özəlləşdirilib. Baş verənlərə göz yuman icra başçısı və ekologiya nazirinə isə Prezidentin sözlərin xatırladırıq.

Short URL: https://www.cumhuriyyet.net/?p=197318

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31