Qaçqın tualetindən pul qazanan əmlak məmuru: Taleh Bəşirov üçün həbsxana yolu görünür – VİDEO

27.03.2024 - 11:02

Əmlak Məsələləri Dövlət Xidmətində ciddi kadr islahatları gözlənilir. Belə ki, Xidmətdə köhnə ənənələrə sadiq qalan məmurların vəzifədən uzaqlaşdırılacağı gözlənilir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Arif oğlu Bəşirovun durumu daha ağırdır. Adi bir yerölçənlikdən məmur oliqarxa qədər yüksələn Taleh Bəşirov indi Xidmətdə havadan asılı vəziyyətdə qalıb. Xidmət rəhbərliyi hesab edir ki, onlar üçün davamlı başağrısına çevrilən Taleh Bəşirovla xudafizləşmək vaxtıdır. Məmurlara torpaq maklerliyi ilə kasıblığın daşını atan Taleh Bəşirov, dövlət balansındakı milyonluq torpaq sahələrini məmurların dostluğunu qazanmaq üçün onlara qəpik-quruşa təklif etməklə, əvəzində məmurlardan “hədiyyə” adı ilə böyük pullar, bahalı avtomobillər qazanıb. Taleh Bəşirova bağışlanan və haqqında mətbuatda danışılan Range Rover də məhz bu xidmətinə görə şöbə müdirinə verilib. Məhz həmin iş adamı ilə birgə
Novxanıda yerləşən “Metallurq” düşərgəsində qaçqınları məskunlaşdığı ərazinin qeyri qanuni zəbti Bəşirov üçün ciddi problemlər yaradıb. Əmlak makleri ona zamanında avtomobil hədiyyə etmiş məşhur general qardaşıyla birgə köçkün düşərgəsində villalar inşa etmək üçün onlarla ağacı ağır texnika vasitəsilə məhv edib. Yerli sakinlərin cumhuriyyet.az-a bildirdiyinə görə, Taleh Bəşirov işğal prosesi zamanı məcburi köçkünlərin həyətyanı sahədə inşa etdiyi ayaqyolularını da dağıdaraq onları “öz ərazisinə” qatıb. Nəticədə ayaqyolusuz qalan bəzi məcburi köçkünlər ayaqyolu ehtiyacını qonşularına və qohumlarına məxsus ayaqyolu vasitəsilə ödəməkdədir. Taleh Bəşirov zəbt edilən və hasarlanan ərazidə villalar inşa etmək məqsədiylə əraziyə iki fərqli istiqamətdə qara nəhəng darvazalar yerləşdirib. Həmçink ərazidə yüksək səviyyədə işıqlandırma sisteminin qurulması planlaşdırılır ki, məqsəd tikinti prosesini fasiəsiz şəkildə – gecə saatlarıanda da davam etdirməkdədir. General qardaşının buyruqçusuna çevrilən Bəşirovun əməllərini nəzərə alan Xidmət rəhbərliyinin yaxın vaxtlarda onunla vidalaşacağı gözlənilir. Lakin Xidmət rəhbərliyində təmsil olunan bəzi şəxslər hesab edir ki, Taleh Bəşirovun sadəcə işdən uzaqlaşdırılması yetərli olmaya bilər. Belə ki, bəzi yetkililər hesab edir ki, şöbə müdiri öncə törətdiyi qanunsuzluqlara görə cavab verməli, etdiyi əməllərə görə cəzalandırılmaldır. Bu mənada Taleh Bəşirovun sadəcə işdən qovulacağı, yoxsa həm də məsuliyyətə cəlb ediləcəyi indiki məqam üçün mübahisə predmeti olaraq qalır.
Dövlət torpaqları hesabına milyonlar qazanan Taleh Bəşirov Tükiyədə də nəhəng biznes imperiyası yaradıb. Tez-tez Türkiyəyə səfərlər edən Taleh Bağırov öz biznesini Azərbaycandan kənarda genişləndirməkdə maraqlıdır. Amma indi vəziyyətin kritikliyi Taleh Bəşirova da yaxşı məlumdur. Bu səbəbdən də şöbə müdiri son bir ayda dostluq əlaqəsində olduğu bütün iri ranqlı məmurlara müraciət edərək ona kömək etmələrini istəyib. Lakin görünən odur ki, kimsə Taleh Bəşirova kömək etmək niyyətində deyil.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=199527

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031