Sahil Babayevin “yola salınma törəni”(VİDEO)

04.06.2024 - 15:51

Sosial şəbəkələrdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin hansısa binadan çıxaraq, öz xidməti avtomobilinə doğru getməsini əks etdirən video yayımlanıb. Kadrlardan görünür ki, naziri 7-8 nəfər kostyumlu, qalstuklu “əsabələr” və “qorumaları” avtomobilinə qədər yola salır.

Hələ onlardan biri ətrafdakılara “sıxlaşın arxaya görüm”, deyərək əmr edir. Ətrafda 6-7 polis əməkdaşı, avtomobilin yanında isə Yol Patrul Xidmətinin əməkdaşları görünür. Hamı salam verir, “çest verir”, az qala baş əyir və sair.

Nazir isə özünəməxsus əda ilə “dilucu”mu, ya “gözucu”mu deyək, başı ilə ağır-ağır salam verərək, gedir oturur son model, lyuks alman maşınına. Daha bir neçə qara, bahalı maşın da onu müşayiət edir. Orada YPX əməkdaşlarının olması isə göstərir ki, onlar da böyük ehtimalla Babayevi getdiyi ünvana qədər müşayiət edəcəklər. İstər-istəməz sual yaranır ki, nədir bu “kəhkəşan”, nədir bu “rəhbər ədaları”?

Kimdir axı bu adam? Hansısa dahi, tarixi, əvəzolunmaz şəxsiyyətdirmi? Hansı xidmətin, fədakarlığın, qəhrəmanlığın sahibidir? Nəylə qazanıb, özünə yəqin ki, xoş gələn, kənardan isə olduqca eybəcər görünən bu mənzərəni?

“Öz kruqundakı qaqulyalara” tender və vəzifə paylamaqdan, “uşaq pulu” verməmək üçün ən ucuz və mənasız bəhanələr gətirməkdən, “qanunsuz pensiyalarla mübarizə” adı altında “qurunun oduna yaşı da yandırmaqdan”, əhalinin sosial təminatını yaxşılaşdırmaq, dövlətin pulunu kasıb, əlil, təminatsız insanlara çatdırmaq əvəzinə, bunun əksini etməklə öyünməkdən başqa nə edib?

Məhz onun və ətrafındakı əsabələrinin fəaliyyəti sayəsində Babayevin nazirlıiyi əhalinin ən çox süründürməçilikdən, haqsızlıqdan, ədalətsizlikdən, saymazlıqdan şikayət etdiyi qurumlardan biri, bəlkə də birincisi kimi tanınır…

Adamı daha çox “yandıran” həmin kadrlardakı poqonlu əməkdaşlardır. Babayevi görən kimi, “farağat” vəziyyəti alıb, “çest verirlər”, baş əyirlər. Niyə axı? Nədir onları buna vadar edən?

 

Kadrlardan belə görünür ki, bunlar DİN serjantları və Fövqəladə Hallar Nazirliyinin zabitləridir. Zabit! Görün, başqa bir sahəyə başçılıq edən nazirin qarşısında “farağat” durub “çest verən”, baş əyən bir adam öz nazirinin qarşısında hansı vəziyyətdə durur…

Bu kadrlara baxanda bir daha görürsən ki, Azərbaycanda çox eybəcər bir “hörmətli kişi” nümunəsi, etalonu formalaşıb.

Sanki bir nazir, rəis, məmur və s. nə qədər çox qəddar, əzazil, yekəxana olursa, bir o qədər “hörmətli” olur, ona təzim edirlər və bununla da həmin adamları daha da pis, daha çirkin olmağa həvəsləndirilər.

Onlar da layiq olmadıqları bu münasibətdən “zövq alaraq”, bütün əndazələri aşırlar. Vəzifədən atılandan, “vurulandan” sonra isə arxasınca deyilməyən söz qalmır, hamı, içi mətbuat qarışıq “gözünü yumub, ağzını açır”!  Nə zaman bitəcək bu eybəcər mənzərə? Bunu yəqin, bir Allah bilir…

 

“AzPolitika.info”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=201032

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031