Rövnəq Abdullayevin kadrı kimi tanınan rektor deputat mandatı mübarizəsinə başladı

14.06.2024 - 11:02

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov deputat mandatı mübarizəsinə başlayıb. Pravda.az-ın əldə etdiyi məlumatda bildirilir ki, o, bu il keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir.

E.Qasımov namizədliyini irəli sürmək üçün üzvü olduğu hakim Yeni Azərbaycan Partiyasının (YAP) razılığını almaq istəyir. Yəni, o, parlamentə öz təşəbbüsü ilə deyil, YAP-ın xətti ilə seçilmək arzusundadır. Qasımov deputat seçilərsə, rektorluq vəzifəsi ilə vidalaşmalı olacaq.

Məlumat üçün bildirək ki, E.Qasımov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq prezidenti Rövnəq Abdullayevin kadrı kimi tanınır.

Rövnəq Abdullayev vəzifəsindən gedir? Pravda.az

Məlumdur ki, hətta Azərbaycan Futbol Federasiyaları Assosiasiyasındakı vəzifəsindən də (AFFA) gedən R.Abdullayev hazırda İqtisadiyyat nazirinin müavini vəzifəsindədir. Belə demək mümkündürsə, R.Abdullayevin dövrü bitdiyi üçün onun dəstəyi ilə irəli çəkilən kadrlar artıq başqa yollar aramağa başlayıblar.  E.Qasımovun da mövqeyini dərc etməyə hazırıq.

Qeyd: YAP İdarə Heyətinin üzvü olan Elmar Qasımov 2012-ci ildən Bakı Ali Neft Məktəbinin rektorudur.

Short URL: https://www.cumhuriyyet.net/?p=201364

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930